dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Bakıda möhtəşəm atəşfəşanlıq olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazısı və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributlarının və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, bayram tərtibatının aparılması işləri həyata keçirilib. Müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka dəvət edir.

Oxunub: 497
Oxşar xəbərlər
SON XƏBƏRLƏR