dini radikalizm və ekstremizmlə mübarizə

Şamilov Abdulla Saatlı RİH başçısı Nazim İsmayılovdan söz açdı


Bu günlərdə ömrünü aqranomluq sahəsinə xərcləyən, bu sahənin peşəkarı olan bir insanı bizə tanıtdılar. Hər kəs öz peşəsini, sənətini sevərsə öz sahəsinin müsəlləh əsgəridir deyərdim. Məhz bu gün söz açacağım insanda bir peşəkar kimi ömrünü sevdiyi aqranomluq sahəsinə qurban verib. Bəlkə də oxucularım deyəcək nədən qurban?
Hər bir sahənin çətinlikləri var. Saatlının kənd təsərüfatı ilə məşğul olan 90 kəndinin yaşadığı su problemisə aqranom kimi bir peşə sahibinin ömrünə zərbədir. Bəli məhsuldarlığa yaranan problemlərinsə köklü həlli yolu kimdədir?
İndi oçerkimin qəhrəmanını sizlərə tanıtmaq istəyirəm.
O, kimdir?
Şamilov Abdulla Seydul oğlu 1962-cı ildə Özbəkistan vilayətində dünyaya göz açır və həmin il valideyinləri Azərbaycana köç etmək qərarını verirlər. Beləcə Şamilov Abdulla Seydul oğlu Azərbaycanda böyüyüb boya-başa çatır.
1968-ci ildə Saatlı rayonunun Fətəlikənd orta məktəbində birinci sinifdə təhsil almağa başlayır 1978-ci ildə təhsilini başa vurur və Cəncə şəhər Kənd Təsərüfatı İnstitutunun aqranomluq fakültəsinə daxil olur. 1982-ci ildə təhsilini başa vurur Saatlı rayonu Simada kəndində iş fəaliyyətinə başlayır və bu günə kimi kadr təsarüfatı ilə məşğuldur.
Şamilov Abdulla
19 dekabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları ilə bağlı 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək dediyi fikirləri
pambıqçılıqla bağlı problemi çatdırması,
O sahədə çalışan mütəxəsislərin və yerli sakinlərin ürəyindən xəbər verdiyini söylədi.
A. Şamilov Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsamyılovun cənab prezidetlə olan danışığındakı dialoqu bizə xatırlatdı.
Nazim İsmayılov bildirmişdir ki, buraya toplaşmaqda məqsəd pambıqçılıqda olan problemləri Sizin rəhbərliyinizlə öyrənmək, gələcəkdə məhsuldarlığın artırılması hesabına pambıq tədarükünü yüksəltməkdir. Saatlı pambıqçılıq sahəsində respublikada əvvəllər də yüksək nəticələr qazanıb. Bu il də respublikada ən çox pambıq tədarük edən Saatlıdır, 42 min tona yaxın pambıq tədarük edib. Bu, keçən ilkindən, təqribən 12 min tona yaxın artıqdır, hər hektardan 11 sentner artıqdır. Əhali bu pambıqdan 20 milyona yaxın xalis gəlir götürüb.
Saatlı rayonunun 108 min əhalisinin 90 mini kənddə yaşayır. Bu kəndlərdə də camaatın işi ancaq təsərrüfatdır, bu gün də burada pambıqçılıq əsas yer tutur. Saatlıda suvarma ilə əlaqədar bizim ciddi problemlərimiz var. Məndən əvvəl də bu problemlər qaldırılıb. İndi bu il quraqlıq keçdi, buna baxmayaraq biz vəziyyətdən birtəhər çıxdıq. Amma nəzərə almaq lazımdır ki, biz pambığın 3 min hektarını bir dəfədən artıq suvara bilmədik. Dörd min hektarda birinci suvarma ilə ikinci suvarma arasında aqrotexniki tədbirlər, tələblər pozuldu. Qısası, burada məsələni həll etmək üçün Kür çayından Saatlıya 20 kubmetr həcmində 17-18 kilometrlik məsafədən su xətti çəkilməsi layihəsi var və bu, Sizin göstərişinizlə İqtisadiyyat nazirinə tapşırılıb. İqtisadiyyat naziri də bu tapşırığı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərib. Mən bütün aidiyyəti qurumlarda olmuşam və layihə də işlənir. Amma bu gün burada onunla əlaqədar söhbət getmədi. Elə bugünkü tədbir, cənab Prezident, qoy saatlılıların uzun illər mövcud olan bu probleminin həllini təmin edən gün olsun. Çünki Sizin tapşırığınızla Arazdan 54 kilometrlik əlavə bir yeni qol da çəkildi. Orada qış otlaqları əkin sahəsi altına keçirildi. İstər-istəməz bu da o sudan götürülür. Ona görə də bizim su problemlərimizi, çətinliyimizi aradan qaldırmaq üçün bu layihə çox vacib olduğunu vurğulamışdır.
P.S. Bu görüş insanların rifahının yaxşılaşması ilə birgə Saatlı rayonun əhalisinin sevincinə səbəb olmuşdur. Artıq onlar çətinliklərə baxmayaraq əldə erdikləri məhsulu daha çox əldə edəcəkdilər. Su həyatdır. Və cənab prezident bu problemin həll olunacağını və Saatlılardan daha çox nailiyyətlər gözləyəcək.
Biz inanırıq ki, yaxın gələcəkdə bu problem tam həllini tapacaqdır.
Əhali məhsuldarlığın hesabına daha firavan yaşayacaqdır.
Almaz İlahə

Oxunub: 568
Oxşar xəbərlər
SON XƏBƏRLƏR