dini radikalizm və ekstremizmlə mübarizə

MƏN BİR ƏSGƏR TANIDIM, HƏR KƏLMƏSİNDƏ DEDİ: "TƏKİ VƏTƏN SAĞOLSUN"


Bu həyatda çox insanlar tanıdım. Bəlkə də sevdiyim işim mənim qarşıma müxtəlif sahələrdə çalışan, müxtəlif əqidəli insanlar çıxardı. Bəzən həyatda birini tanıdığına peşman olarsan, bəzən də gözəl insanla qarşılaşdığın üçün Allaha şükür edərsən.
Tanıdığın insanlardan biri səhvin, biri dərsin, biri mükafatın olar. Bu gün oxucularıma söz açacağım insan mənim mükafatlarımdan biridir. Tək mənim deyi azərbaycan qadınını hər zaman qorumağa çalışan, Ana Vətən üçün canını qurban verərək sağlamlığını itirən, hər an yenə də düşünməyərəkdən canını Vətən yolunda qurban verməyə hazır olan Qazi oğlum haqqında yazacam.O, da mənim ovladlarımdan biridir. Bir övladı dünyaya gətirərək anası olmaq şərt deyil. Yüzlərlə analar tanıdıq övlada həyat bəxş etdi, can verdi, bətnində bəslədi, dünyaya gətirdi amma onu cəmiyyətə yaralı övlad kimi yetişdirmək əvəzinə kimi doğum evində, kimi soyuq küçəyə ataraq üz döndərdi.
Mənə bugün yüzlərlə gənclər ana deyir. Bu mənim bu həyatda misilsiz qazancımdır. Kimi çalışdığı sahədə mal-pul qazandısa mənsə çalışdığım sahədə məni sevən övladlar qazandım. Belə bir sərvətin sahibiyəm mən.
Onunla tanışlığa səbəbkar isə çox dəyərli Vətən oğlu Ələsgər Həkimov oldu. Ələsgər müəllim hər zaman Vətənin dəyərli övladlarını araşdıraraq hər kəsə tanıtmağa çalışan bir azərbaycan vətəndaşıdır.
O gündən mədəniyyəti və zəngin insani cəhətləri ilə mənim qəlbimdə özünə yer tutan bir övlad daha qazandım. İndi fəxrlə onu sizə tanıdacam. O, kimdir?
Rüstəmov Elməddin Kərim oğlu 19.09.1985- ci ildə Beyləqan rayonunun birinci Şahsevən kəndində dünyaya göz açıb, orta məktəbi həmin kəndə 2000-ci ildə bitirir, elə həmin ildə "N" saylı hərbi hissədə xidməti borcunu vermək üçün yola düşür və şərəflə başa vurur.
2016-cı il aprel ayının 1 dən 2 nə keçən gecə səhərə yaxın başından ağır yaralanır. Qan içində olan Elməddini döyüş yoldaşları geri çəkilməsinə tələb etsələrdə o qan itirməsinə baxmayaraq ölsəmdə yanınızda öləcəm ancaq bayrağımız ucalığa taxıldırdan sonra buranı tərk edəcəm deyən Elməddin qəhrəman qardaşları ilə bayrağı Lələtəpə ucalığına taxırlar. Zəfər döyüşünün o şərəfli anlarını görən Elməddin al qırmızı qana boyanmış halda artıq huşunu itirir.
Beləcə Elməddin hərbi qospitala gətirilir çox ağır əməliyyat keçirir. 2016-ci il cənab prezidentimiz Ali Baş Komandanımız İlham Əliyev tərəfindən İgidliyə görə nişanla təltif edilir.
Uşqlıqdan kempokarate idman növü üzrə məşğul olan Elməddin 2007- ci ildən Beyləqan rayonu üzrə Kempo karate döyüşü üzrə baş məşqçi təyin olunur.
O, öz sahəsinin profesionalı olduğunu bir daha göstərir. Və o, 2011-ci il Il qat dünya çempionu, 2015-ci ildə isə Moskva şəhərində erməniyə qalib gələrək Avropa kuboku qazanır.
Hazırladığı tələbələridən Respublika, Dünya Və Avropa çempionları yetişdirərək Azərbaycanın bayrağını səmalara ucaldırlar.
2017- ci ildən XTQ ehtiyatda olan əsgəridir.
2018-ci ildə Dan Qara Kəmər usatası adını qazanır. Dəfələrlə müxtəlif diplomlarla və fəxri adlara layiq görülüb.
Ailəlidir 2 övlad atasıdır.
P.S. - Belə bir oğulun anası adını qazanmaq doğurdan dafəxrdir. Hər bir telefon bağlantısında " ana necəsən" deyəndə ürəyim qürurla döyünür.
Amma hər zaman mən ondan narahatam, çünkü düşmən mərmisi mənim igidimin sağlamlığını əlindən alıb. 2-3 aydan bir müalicələr alaraq yaşayır. Bu ağır durumuna baxmayaraq vətənin bayrağını ucaltmaq üçün həm öz üzərində həm tələbələri üzərində yorulmadan çalışır.
Təzəliklə müalicə almasına baxmayaraq səhhətindəki problemlər səngimir.
Görün düşmən bizim necə qeyrətli övladlarımızı bizdən aldı tabuta boyu sığmayan oğulları şəhid verdik, qalanı isə sağlamlığını itirdi. Vandalların bizə vurduğu zərbə sağalmzdır.
Hər dəfə Elməddindən soruşanda vəziyyətin necədir ilk sözü bu olur "Ana təki Vətən sağolsun" məndən nigaran qalma.
Mən isə bir ana olaraq deyirəm Təki Vətənin sizin kimi oğulları sağ olsun oğul. SİZLƏR sağ olun k, bu Vətən sizinlə sağolsun.

Almaz İlahə Əhmədova

Oxunub: 868
Oxşar xəbərlər
SON XƏBƏRLƏR