dini radikalizm və ekstremizmlə mübarizə

BİZ ÜÇ DOST İDİK...


Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Qayıdış” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Biz üç dost idik…” qısametrajlı sənədli filminin çəklişləri və son tamamlama işləri müvəffəqiyyətlə başa çatıb.

Djb.az xəbərlər və informasiya portalı xəbər verir ki, Djb.az xəbər verir ki, film aprel döyüşlərində xüsusi şücaət göstərən üç igid qəhramanımızın, rəşadətli döyüş yolundan, vətənə və torpağa sevgilərindən bəhs edir. Şəhid baş leytenant Cavid Dədəkişiyev, şəhid leytenant Qabil Orucəliyev və şəhid Adil Adilzadənin xatirəsinə həsr olunmuş “Biz üç dost idik...” adlı filminin təqdimatı 26 oktyabr 2016-cı il tarixdə İmişli rayon Heydər Əliyev Mərkəzində keçirilib. Tədbiri filmin rejissoru Gəray Əlibəyov açaraq filmin ərsəyə gəlməsində dəstək olmuş “Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyevə təşəkkür etmiş, tədbirdə iştirak edənlərə minnətdarlığını bildirmiş və şəhidlər haqqında onuncu filmin çəkildiyini məlumat vermişdir. O, hamının ümumi vəzifəsinin xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etmək olduğunu qeyd etmişdir. Sonra film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
Filmin nümayişindən sonra İmişli icra başçısı Vilyam Hacıyev və millət vəkili Çingiz Qənizadə çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirmişlər. Şəhid ailələri adından çıxış edən Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu şəhid ailələrinə diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyevin göstərdiyini, onun tədbirlərin birində şəhid anasının əlindən öpərək şəhid valideynlərinin baş tacı olduğunu vurğuladığını diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə daima cəmiyyət tərəfindən diqqət və qayğı göstərilməsinin ön cəbhədəki və gələcəyin əsgəri olacaq gənclərdə vətənpərvərlik ruhunun yüksəltdiyini vurğulamışdır. Sonra Mədəniyyət Nazirliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov çıxış edərək gənclərimizdə vətənpərvərlik, vətən sevgisi hissinin aşılanmasının, düzgün tərbiyələndirməklə, yaxşı keyfiyyətləri təbliğ etməyin önəmli olduğunu qeyd etmişdir. İmişli rayon Təhsil Şöbəsinin müdir mavini Vahid Tağıyev çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara, xüsusilə Gəray Əlibəyova öz minnətdarlıqlarını bildirmişlər. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Sonda şəhidlərin valideynləri və ailə üzvləri ilə fotolar çəkilib. Tədbirdən sonra şəhid ailələri ilə birlikdə şəhid leytenant Cavid Dədəkişiyevin məzarı ziyarət edilmişdir.










Oxunub: 727
Oxşar xəbərlər
SON XƏBƏRLƏR