dini radikalizm və ekstremizmlə mübarizə

23 Oktyabr Aprel şəhidi Rəşid Baxşəliyevin anım günüdür


23 Oktyabr - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2016 - cı ildə Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmiş Rəşid Baxşəliyevin anım günüdür!

Əslən Zəngilan rayonundan olan Rəşid Əliağa oğlu Baxşəliyev 23 oktyabr 1996 - cı ildə anadan olmuşdur.

Əsgər Rəşid Baxşəliyev 2016 - cı ildə Aprel döyüşləri zamanı Azərbaycan - Ermənistan təmas baş verən atışma zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

12 apreldə isə Rəşid Baxşəliyev Sumqayıt şəhərinin Şəhidlər Xiyabanınnda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Baxşəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rəşid Baxşəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

Oxunub: 724
Oxşar xəbərlər
SON XƏBƏRLƏR