dini radikalizm və ekstremizmlə mübarizə

GƏNC QIZIN ÜRƏYİNDƏ QALAN İSTƏYİ...


Ölümcül xəstəliyə düçar olmuş gənc qızın gündəliyinin son səhifəsindəki yazı
“ Həyat gözəldir, yaşamaq inanılmaz şirindir.
İnsanlar bunu dərk etmir.
Elə bil, belə də olmalıdır.
Bilirsiniz, mən həyatın dəyərini son 1 ildə anladım.
19 yaşım var.
Ömrümün, gəncliyimin ən gözəl, əvəz olunmaz dövrünü yaşayıram.
Daha doğrusu yaşamalı idim.
Yəni mənim 20-ci doğum günüm qeyd olunmayacaq.
Mən ömrümün 20-ci payız yağışlarında islanmayacam!
Bir daha 20-ci qışın, qarın yağmasına tamaşa etməyəcəyəm!
Çünki…Çünki, mən 20 yaşıma qədəm qoymamış bu gözəl həyata “Əlvida” deyəcəm.
Deməyə məcburam.
Çünki, mən xəstəyəm.
Heç vaxt sağalmaq ümidi olmayan xəstə.
Əslində mən heç də taleyimdən gileylənmirəm.
Hamı nə vaxtsa bu dünya ilə vidalaşır.
Mən də hamı kimi.
Amma bilirsiniz, mən özümü daha şanslı hesab edirəm.
Bir düşünün.
İnsanların çoxu qəfil ölüm nəticəsində dünyasını dəyişir.
Çox arzuları, planları yarımçıq qalır.
Amma, mən həkimlərin sayəsinde təxmini də olsa, ölüm vaxtımı bilirəm.
(Dəqiq ölüm vaxtını isə Rəbbimdən başqa kimsə bilməz.)
Öncə Allahın, sonra da valideynlərimin köməyi ilə istəklərimi həyata keçirirəm.
Onu deyim ki, xəstəliyim xarici görünüşümdən hiss olunmur. Məni daxilən yeyib-bitirir.
Hər şey bir kənara, ata-anam çox üzülür.
Təsəvvür edin, gözlərinin qarşısında, min əziyyətlə böyütdükləri qızları, gənc yaşda hər gün şam kimi əriyir, amma, onlar bunun qarşısında acizdirlər.
Mənə necə həsrətlə baxdıqlarını görmək məni daha da pis edir.
Bu həyatda hər şeyə sahib olmuşam.
Valideynlərimin sayəsində heç bir əksiyim olmadan şəhzadə kimi yaşamışam.
Amma ürəyimdə tək bir istəyim qalıb.
Bircə onu bu həyatda dadmamışam.
Deyəcəyəm, amma gülməyin də...
Elə istərdim ki, sevəcəyim, əlini bərk-bərk tutacağım, öləndə yanımda olacağını bildiyim sevdiyim olsun.
Əslində məni sevən biri var.
Neçə ildir məni sevir.
Xəstə olsam da yenə də sevdiyini deyir.
Amma mən ona “hə” deməmişəm.
1 ildir xəstəyəm.
Hələ 6 ayım var.
Sabah ona “hə” deyəcəyəm.
Birlikdə əl-ələ tutub gəzməyə gedəcəyik.
Ele günü sabah cavabımı verən kimi gəzməyə getmək istədiyimi deyəcəyəm.
O, məni pis başa düşməyəcək. Çünki, ömrüme 6 ay qaldığını bilir. Nəysə, yoruldum, xəstəlikdəndir.
Eybi yox.
Sabah yazaram.
Tarix: 05 fevral , 2018.
Gecə saat 4.
Tibb bacısı:-Doktor,qan təzyiqi düşür!
Ürək pulsu aşağı
səviyyədədir!
Doktor, ürəyi dayanır!!!
Həkim:- Elektron aparatı qoş!
200! Cərəyan!
Bir də! Bir də! Bir də!
Uşaqlar, onu xilas edə
bilmədik.
Əlimizdən gələni etdik.
Qoyulan vaxt bitmişdir.
Tibb bacısı:-Doktor,vaxı 6 ay da yaşaya bilərdi.
Həkim:-Düzdür, amma bu
ehtimal çox az idi.
Hər şey istədiyi kimi olsaydı bəlkə ola bilərdi.
Təəssüf…
Gənc qızın üzünə ağ örtük çəkildi.
Və o, onu sevənə “hə” deyə bilmədi.
Sevginin nə olduğunu bilmədən, bu həyatdakı tək arzusunu öz ürəyində qəbrə apardı.

Əziz dostlarım...
Həyatda ikən hər anınızın dəyərini bilin...!!!

Vüsal Ağayev

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR