dini radikalizm və ekstremizmlə mübarizə

TORPAQLARI İŞĞAL ALTINDA OLAN MƏMLƏKƏTİN 200-DƏN ÇOX MİLLİ QƏHRƏMANI OLA BİLƏRMİ?


Bir çox saxta qəhrəmanların peyda olması və ya Qarabağ müharibəsində edilən real qəhrəmanlıqların şişirdilməsi, aşırı dərəcədə təbliği bir çox insanlar kimi dəyərli dostum Tofiq müəllimi də çox narahat edir.
Bu narahatçılıq ona gətirib çıxarıb ki, artıq cəmiyyətdə belə bir sual yaranıb:
Torpaqları işğal altında olan məmləkətin 200- dən çox Milli Qəhrəmanı olarmı?
( Qalib dövlətin qəhrəmanlarının sayı bizdən dəfələrlə azdır )
Və yaxud da Azərbaycanın bu qədər Milli Qəhrəmanı ola-ola torpaqlarımız niyə işğal olundu ?
Və bu işğal 27 ildi niyə davam edir ?
Azərbaycanda Qarabağ müharibəsinin gerçək qəhrəmanları var ki, bir adı, titulu yoxdur, heç halal veteran adını da ala bilməyiblər, amma buna baxmayaraq həsrətlə o günü gözləyirlər ki, yenidən döyüş meydanına atılıb, torpaqları mənfur düşməndən azad etsinlər.
İnşaallah torpaqlarımızı geri qaytaraq, zaman hər kəsə layiq olduğu qiymətini verəcək !!!
Dəyərli Dostum Tofiq müəllim, sizinlə Şuşada görüşmək arzusu ilə...

İlqar Tunar

Oxunub: 958
Oxşar xəbərlər
SON XƏBƏRLƏR