dini radikalizm və ekstremizmlə mübarizə

ERMƏNİ ƏSGƏRLƏRİNİN ANALARI, ÖVLADLARINIZI QARABAĞ TORPAQLARINDAN GERİ ÇƏKİN!!!


Azərbaycan diasporalarının bəzilərinin vaxtı ilə fəal işləmədikləri üçün aldığımız zərbələr hələ uzun illər fəsadlarını göstərəcəkdir.
Bir çox diasporalar zamanında öz işini məsuliyyətlə aparsaydılar bu gün biz bir çox çətinliklərlə üzləşməzdik. Ermənilərlə qohum olanlar, erməniləri dost adlandıran diaspora sədrləri aramızda olmasaydı. Azərbaycanın haqq səsi olaraq rusiya vətəndaşı olan Azərbaycanlılar Vətəni sevsəydilər ermənilərdən Qarabağı tərk edilməsini tələb edə bilərdilər. Çox az diaspora öz işinin məsuliyyətini bilirdi. Hər kəs bu addan istifadə edərək abyektlərinin çoxalması, öz mənafelərini qoruyaraq milləti vətəni unutmuşdu.
Mən inanıram ki, artıq tezliklə bu nöqsanlar aradan qaldırılacaq. Diasporalarda azərbaycanın mənafeyini qoruya biləcək, vətənini sevən insanlar rusiyada yaşayan azərbaycanlılar tərəfindən seçiləcəklər.
Məhz bu gün Rusia Azərbaycanlılar İttifaqının sədri Fizuli Məmmədov diasporaların güclü iş prinsipi ilə işləmələri və azərbaycan dövlətinin, xalqının maraqlarını təmsil etmələri üçün əlindən gələni əsirgəmir. Bu günkü xəbərdarlığım isə ermənistanda yaşayan analaradır.
Dünən Türkiyə tv kanalında Kürt analarının HDP partiyasının qarşısına yığışaraq, ölmüş övladlarını onlardan tələb edirdilər. HDP partiyasının liderlərinin öz övladlarını xarici dövlətlərdə təhsil verərək, onları qorumalarında günahlandıran analar birmənalı haqqlı idilər. Sual doğurur HDP partiyası Türkiyə Cumhuriyyətinə qarşı apardığı müharibədə nə üçün onların övladları iştirak etmir? Kürt övladlarının bəzilərini məcbur edilərək, bəzilərinin ağlını fərqli şəkildə çalaraq TC qarşı döyüşə çağıraraq qırdırmaq siyasətinə artıq analar son dedilər. Və bundan sonra heç biri övladını onların oyuncağı olmağa yol verməyəcəyini söylədilər. Bu kadrları izlərkən ağlıma erməni əsgərlərinın anaları gəldi.
Üzümü onlara tutaraq deyirəm.
-Bir başqasının torpağını zəbt edərək ölmək şəhidlik deyil! Sizin övladlarınız ölümləri ilə əbədiləşmədi. Sizin gənc balalarınız başınızda dayanan yalançı, eyni zamanda olmayan və qurulmayacaq bir dövlətin siyasətinin qurbanlarına çevrildilər.
Övladları ölən erməni anaları . Düşünün, nədən sizlərin övladlarına komanda verən, onları sizə tabutda göndərənlərin övladları xaricdə təhsil alırlar? Nədən onların övladları sizin övladlarınız kimi ölmürlər?
Erməni əsgərlərinin anaları sizlərin övladlarının ölməsində siz azərbaycan dövlətini, "türkes" deyərək hayqırdığınız milləti, dövləti günahlandırmağa haqqınız yoxdur.
Axı sizlərin övladları bizim olanı almaq üçün hücüma keçərkən öldürüldülər. Bizim övladlarımız isə evini, torpağını, namusunu qorumaq üçün öldürdü və öldü. Sizin yalançı rəhbərlər sizi aldadaraq əlinizə yumaq verib sarıtdıraraq övladınızı şəhid elan edir.
Bəsdirin, özünüz aldatmayın başa düşməyə çalışın ki sizin övladlarınız şəhid deyil.
Allah qatında şəhid olanlar Vətənini, torpağını qoruyanlardı. Bir başqasının torpağını almaq üçün öldürmək və ölmək isə nə qəhrəmanlıq ola bilməz nə də şəhid olaraq ucala bilməz.
Siz də övladlarınızı dünyay gətirərkən ən gözəl arzular qurdunuz sizində övladlarınızın yaşamaq haqqı var idi. Amma o haqqı sizdən alan -vətənini qoruyan bizləri deyil,
sizləri xülyalarla aldadaraq yalançı vədlər verən liderlərinizdir. Övladlarınızın vaxtsız ölmələrinin də səsbəbkarları onlardır!
Ayağa durun, övladlarınızı günahsız yerə ölmələrinə icazə verməyin. Onlar o zamana kimi günahsız sayılacaqlar ki əllərinə silah alaraq cəbhəyə yola düşməyəcəklər. O gün ki, əyinlərinə əsgər geyimini geyinib əllərində silah bizim torpaqlarımıza əl uzadacaqlarsa biİm torpaqlara yaxınlaşarlarsa onda onlar düşmənimiz olaraq öldürüləcəklər.
Ali baş komandanımız İlham Əliyev deyir:
-"Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun azərbaycan torpaqlarından!"

ALMAZ İLAHƏ


Oxunub: 863
Oxşar xəbərlər
SON XƏBƏRLƏR