dini radikalizm və ekstremizmlə mübarizə

DJB.AZ QAZİMİZİ TƏBRİK EDİR


Hər kəs qismətinə yazılanı yaşayır. Ülvi Qədiin də gənc ikən ömür yoluna keşmə6 keşli günlər aylar düşüb.
Qədir Ülvi Xaləddin oğlu 1988- ci ilin sentyabr ayının 1- də Ucar rayon Çiyni kəndində kasıb bir ailədə dünyaya gəlib.
Onun duruşundakı əzmi, gözlərindəki kədəri, çıxışlarındakı Vətən eşqini görməmək olmur. Söhbətimiz əsnasında öyrəndim ki, onun yaxın qohumlarından atasının qardaşı Qədir kişi birinci Qarabağ savaşında Ağdərə istiqamətində gedən döyüşlərdə Polis əməkdaşı kimi vuruşmuşdur.
Onun hərbiçi olaraq vətənin keşiyində dayanmaq həvəsi, valideynlərinin Ülvini vətənpərvər, xalqına, torpağına bağlı böyütməsindən irəli gəlir. Əmisinin döyüşçü olmasınında rolu az olmamışdır.
2006- cı ildə Ucar rayon Çiyni kənd orta məktəbini bitirdikdən sonra, çox böyük həvəslə, vətən eşqiylə sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir və imtahanlardan yaxşı nəticə əldə edərək həmin Ali Hərbi Məktəbə daxil olur.
2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrimizin Təlim-Tədris Mərkəzini Leytenant rütbəsi ilə müvəffəqiyyətlə bitirib, Müdafiə Nazirinin müvafiq saylı əmrinə əsasən ön cəbhəyə, Murov dağının ən yüksək zirvəsinə, Dəniz səviyyəsindən 3300.04 metr yüksəkliyinə, Kəlbəcər istiqamətinə təyinatla göndərilir.
Xidməti şəraitinin çox ağır və çətin keçməsinə baxmayaraq o bu yoldan nə yorulmadı nə də usanmadı. Xidmət yeri haqqında saatlarla danışa biləcəyini söyləyən qazimiz bildirdi ki,. Ordakı xidmət və vəziyyəti, ancaq orada xidmət edənlər daha yaxşı bilir.
Qazimiz Ülvinin dedikləri: Komandir olaraq, hərbiçi olaraq hər zaman işğal altında olan torpaqlarımız haqqında düşünmüşəm. Demək olar ki, düşmən tez-tez atəşkəsi pozurdu, hər zaman da layiqincə susdurmuşuq.
Mənimlə birlikdə orda xidmət edən mərd, igid əsgərlər Ali Baş Komandanımızın hər zaman döyüş əmrini gözləyiblər.
Murov dağı elə bir yerdir ki, ordakı vəziyyəti ancaq həmin yerdə xidmət edənlər bilir, demək olar ki, ilin on iki ayı qar yağır. Hər zaman soyuq olur, havanın temperaturu çox aşağı olur. Mənfi otuz-qırx dərəcə arasında dəyişir. Ancaq buna baxmayaraq, mərd, çəsur hərbiçilər, vətən oğulları tərəfindən gecə-gündüz xidmət yüksək səviyyədə təşkil olunur.
Mən tam səmimiyyətimlə deyirəm ki, hər oğulun işi deyil həmin mövqedə - Murov dağının həmin hissəsində xidmət etmək, vətənin keşiyində dayanmaq. Bizim o mövqeyimiz strateji cəhətdən də çox əhəmiyyətli bir mövqeydir. Xidmət etdiyim yüksəklikdən işğal altında olan torpaqlarımıza baxdıqca düşmənə olan qəzəbim, nifrətim birə-on artırdı. Hər an hücum əmri gözləyirdim.
2015-ci ildə xidməti vəzifəmi yerinə yetirərkən hər iki ayağımı don (maroz) vurmuşdur, hərəkət qabiliyyətimi itirdim. Mən deyərdim ki, insan vücudunun hər hansı bir hissəsini don vurması, güllə yarası almaqdan daha şiddətlidir, dözülməzdir, ağrılı-acılıdır.
Bir il Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalında müalicə olunsamda, sağlamlığım tam bərpa olunmadı.
Hal-hazırda Qazi olaraq ikinci qrup əliləm. Xidmət etdiyim zaman yuxarı komandanlıq tərəfindən hər zaman, xidmətdə fərqləndiyimə görə qiymətləndirilmişəm.
Əlil olmağıma, fiziki məhdudiyyətliyim olmağına baxmayaraq, hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazıram.
Bu gün bizim 20 faizdən artıq torpaqlarımız, ata-baba yurdlarımız azgın düşmənin tapdağı altındadır. Çalışdığımız, fəaliyyət göstərdiyimiz sahədən asılı olmayaraq, bütün qüvvəmizlə çalışmalıyıq, birləşməliyik torpaqlarımızı yağı düşməndən azad edək.
Bu da öz növbəsində hər bir vətəndaşımızın üzərinə düşür. Xüsusilə də gənclərimizin vətənpərvərlik ruhunda, milli mənəvi şüurda yetişmələri, onlarda vətən sevgisi oyatmaq bizlərin üzrinə düşür.
Əlil olsamda, arxa cəbhədə xalqımızın xüsusilə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmaları, onlarda vətənpərvərlik eşqinin təbliğində hər zaman çalışıram.
P.S. Biz də bu gün Djb.az ailəsi olaraq fürsətdən istifadə edərək qazimizi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Ona ən başlıcası can sağlıqı və Qələbə sevincinin şahidi olamasını arzulayırıq.
Bu təbrikə djb.az ın daimi vətənpərvər ordusunun kiçik yaşlı nümayəndələri Bahar Abbasova, Əli və Zəhra Hüseynovlar da qoşulurlar.

Almaz İlahə



Oxunub: 634
Oxşar xəbərlər
SON XƏBƏRLƏR