Əziz dostlar... Həəə həqiqətən dost dediklərimiz dostdurlarsa.
Dünənki tarix 22 iyul Milli mətbuat günü yenə də boş pafoslu çıxışlar və yazılarla qarşılaşmamaq üçün sosial şəbəkədə olmadım. Evimdə çox doğma olan əzizlərimi gözləmək qərarını verdim. Barmaqla sayılacaq dərəcədə insanların telefon zənğinə cavab verdim.
Amma onu da etiraf edim ki, mətbuat sahəsində yetişdirdiyim gənclərin zənglərini gözlədim.
Qəzet sahəsində addım-addım yeriməyi öyrətdiyim insanların naxələfliyini illər öncə görmüşdüm. İlk övladımı itirdim gəlmədi, sonra həyat yoldaşımı. Bu o kişi idiki onun çörəyini yemişdi. Təkrar qarşılaşdıq özümü heç nə olmamış kimi göstərdim. Bir gün zəng edərək mənimlə görüşmək üçün xahiş etdi.
İlk çağırışına təkrar yanında olduğum, yenə də dəstəy oldum yaxşılıq missiyamdan çəkinmədim.Gecə gündüz bilməyərək sosial şəbəkədə xəbərlərini paylaşaraq saytını tanıtdım.
Yaratdığım djb.az saytının açılışına dəvət edəcəyim siyahıya ilk onun adını yazdım.
Amma çox təssüf ki bu gün təşkil etdiyi tədbirə illərlə ona jurnalistikanın sirlərini öyrədən yaratdığı saytın tanınmasında 1 il yarım əməyi olan, İllərlə evində tələbəlik illərində çörək kəsdiyi müəllimi bəlkədə səhf deyirəm zamanında ana dediyi bir həmkarını dəvət etmədi.
Bəlkə də deyəcəksiniz dəvət etməyibsə etməyib burada nə var ki...
Amma elə deyil bu gün ictimaiətdə özünü ağıllı bilən, dünənini unudan gənclərimiz təssüf ki var.
Bunları yazmaqda məqsədim var.
"Yanımda olun bu mənə kifayətdir"- deyən oğul bala uğurlarınız bol olsun.
Amma unutmayın ki, keçmişini unudan, geriyə baxmağı bacarmayanın nailiyyətləri və uğurları müvəqqətidir.
Bu gün ictimaiətdə, çevrəmizdə yüzlərlə yalana sarılan insanlar var. Sadəcə artıq yalanlardan yalançılardan, iki üzlülərdən, tülkü üzlülərdən, dili bir əməli bir olanlardan, siması bir əqidəsi fərqli olanlardan yorulmuşam.
Çox yorulmuşam!
Bəsdrin yalanlara son qoyun! Olduğunuz kimi olun, başqalaşmayın axı qarşınızdakı insana yalandan can, bir dənəsən, səndən yoxdur, anamsan, bacımsan deməyə sizi nə vadar edir?
Kiçik saydığınız yalanlar sizi böyük yalanlara doğru aparacaq. Böyük yalanlarsa bir gün sizləri fəlakətə sürükləyəcək.