dini radikalizm və ekstremizmlə mübarizə

"XXI Əsrin Qadınlaı" İctimami Birliyin sədri Mahirə Əmirhüseynova Azay Quliyevi təbrik edir


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Millətin vəkili, dəyərli, səmimi insan olan Azay Quliyevin dogum günüdür.
Qeyd etmək istərdim ki, vətəndaş cəmiyyətinin inkşafında gördüyü işlər danılmazdır. 40-dan çox ölkədə Azərbaycanı layiqincə təmsil edib, Ermənistanın - Azərbaycan Daglıq Qarabag münaqişəsilə baglı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edib.Azərbaycanın bir nömrəli problemi olan Ermənistan - Azərbaycan Daglıq Qarabag münaqişəsi, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən maddi və mənəvi ziyan, qaçqın və məcburi köçkün probleminin dünya ictimaiyyətinə doğru-düzgün çatdırılması deputat Azay Quliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Milli Məclisdə və onun Komitələrində QHT qanunvericiliyinin, eləcə də Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara uygunlaşdırılması ilə baglı müzakirələrdə fəal iştirak edən deputat Azay Quliyev bir çox qanunların qəbul olunmasında, konkret olaraq beş qanun layihəsinin hazırlanmasında birbaşa iştirak edib.Böyük fəxrlə demək olar ki, Azay Quliyev hər bir QHT sədrinə mənəvi ATA olub!
Biz onunla fəxr edir, qürur duyuruq!
Öz adımdan və "XXI Əsrin Qadınlaı" İctimami Birliyin bütün kollektivi adından Azay müəllimi dogum günü münasibətilə təbrik edir, ona uzun ömür, can saglıgı, şəxsi və peşəkar fəaliyətində ugurlar arzulayırıq.


Mahirə Əmirhüseynova

Oxunub: 670
Oxşar xəbərlər
SON XƏBƏRLƏR