dini radikalizm və ekstremizmlə mübarizə

Seyidağa Mövsümlünün vəfatından 1 il keçdi...


Azərbaycanın ilk hərbi operatoru, Müdafiə Nazirliyi Sənədli Filmlər Kino-tele Studiyasının qurucusu, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mirfəyyaz oğlu Mövsümlü 1954-cü il avqustun 1-də doğulub, ali təhsillidir. Seyidağa müəllim 1988-ci ilin noyabrında başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından idi. O, eyni zamanda, Azərbaycan Ordusunun ilk Taborunun ilk bölük komandiri, Müdafiə Nazirliyi n Sənədli Filmlər Kino-tele Studiyasının qurucusu və ilk Rəisi kimi tarixə düşmüşdür.
S.Mövsümlü 1990-cı ilin yanvarında baş vermiş qanlı faciənin, 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımını lentə alan jurnalist-operator kimi tarixə düşüb. 1991-ci ilin dekabrında Dağlıq Qarabağın Xankəndi şəhəri yaxınlığında ağır döyüş zamanı ayaqlarından yaralanmış, bir müddət Bakıdakı şəfa ocaqlarından birində müalicə olunmuşdu. Xocalı soyqırımı zamanı canlı şahid olaraq şəkər xəstəliyinə tutulmuşdu...
Son vaxtlar onkoloji xəstəlikdən əziyyət çəkirdi.2018-ci il iyun ayının 26-da dünyasını dəyişdid. Bakının Xəzər rayonunun Buzovna qəsəbə qəbristanlığında əfn olunub. Ailəliydi,Ellada və Elnur adlı 2 övladı yadigar qalıb.
Biz, Qeyri-Hökumət Təşkilatlarının,ölkə mediasının bəzi nümayəndələri, eyni zamanda, Qarabağ qaziləri Seyidağa Mövsümlünün vəfatı ilə əlaqədar Azərbaycan xalqına, habelə, onun bütün doğmalarına başsağlığı veririk. S.Mövsümlü sağlığında ikən Azərbaycanın Milli Qəhrəmanı adına layiq olan, lakin, heç bir dövlət mükafatı almayan igidlərimizdəndir.

Allah rəhmət eləsin.Amin.



Hörmətlə,



Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" İctimai birliyinin sədri,
Vətən müharibəsi veteranı, jurnalist;
Hacı Zahid Qarayev, "Xocalı Soyqırımını Tanıtma" İctimai birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, II dərəcəli müharibə əlili;
Ayna Allahyarqızı, "Xocalı Soyqırımını Tanıtma" İctimai birliyinin Qadınlar Şurasının və Binəqədi rayon şöbəsinin sədri;
Fiqurə Rüstəmova, "Xocalı Soyqırımını Tanıtma" İctimai birliyinin İdarə Heyətinin üzvü, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktor əvəzi;
Mahirə Əsədova, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri;
Dilbər Sultanova, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi sədrinin müavini;
Hacı Ədalət Məhərrəmov, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili;
Naibə Behbudova, "Qürur" Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri, Şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı;
Əkrəm Bəydəmirli, "Sosial Rifah və Tədqiqatlar"ictimai birliyinin sədri;
Əvəz Almədətov, "xebertv.az" saytının baş redaktoru;
Almaz İlahe Ehmedova, "djb.az" saytının təsisçi və baş
redaktoru;
Hacı Azadə-Taleh Abbasqızı, "Qafqaz-Media"ictimai birliyinin sədri, "Xalq TV"nin İcraçı direktoru;
Arzu Zeynalli, "Versus"İnformasiya Agentliyinin direktoru;
Aqil Alışov, "miq.az" saytının baş redaktoru;
Şəfayət Avılbəyli( Əliyev), "Asiya-fakt İnformasiya Agentliyi"nin təsisçi və direktoru;
Vüsalə Qələndərli, "Asiya-fakt İnformasiya Agentliyi"nin baş redaktoru;
Gulnar Oruc, "medonline.az" saytının baş redaktoru;
Nizami Abbas, kino-rejissor, Qarabağ qazisi;
Hacı Əkbər Rüstəmov, Qarabağ qazisi;
Fəxrəddin Rəcəbov, Qarabağ qazisi;
Üzeyir Cəfərov, ehtiyatda olan polkovnik-leytenant, Qarabağ qazisi;
Valeh Hüseynov,Xocalıdan məcburi köçkün;
Dürdanə Ağayeva, Xocalıdan məcburi köçkün;
Xəlil Vəliyev, Xocalıdan məcburi köçkün, Qarabağ qazisi;
Ədalət Usubov, Qarabağ qazisi;
Köçəri Bədəlov, Qarabağ qazisi;
Hacı Əzimov, Qarabağ qazisi və başqaları.

Oxunub: 715
Oxşar xəbərlər
SON XƏBƏRLƏR