dini radikalizm və ekstremizmlə mübarizə

Ey əvəzsiz nemətlər bəxş edən Allahımız!

Ey əvəzsiz nemətlər bəxş edən Allahımız!
Ey mərhəməti, səxavəti sonsuz olan Uca Rəbbimiz! Sənə çox şükürlər olsun ki, bizi bu dəyərli Ramazana qovuşdurdun! Bu mübarək gündə günahlarımızı bağışla, tövbələrmizi qəbul eylə, haqq yolundan azanlardan eyləmə bizləri! "ən gözəl dost, ən gözəl yardımçı Sənsən, Sən bizə kifayətsən" deyib Sənə sığınmışıq, bizləri bir göz qırpımına da olsa öz ixtiyarımıza buraxma, biz acizləri Səndən başqasına möhtac etmə! Ya Allah! Sənə çoxlu həmd sənalar olsun! Səndən çox razıyıq! Imanımız, ibadətlərimiz, zikrlərimiz, şükürlərimiz Sənədir, Sənin rızan üçün yaxşı əməllər edir və əvəzini Səndən umuruq!Səndən istəyirik Ey Rəbbimiz, bizim ehtiyaclarımızı Səndən başqa kim ödəyə bilərki?! Axı Sən davamlı, tükənməz xəzinələrin tək Sahibisən! Ya Qadir! günahlarımız çox olduğundan utanırıq, özümüzə çox zülm etmişik, ümidimizi Sənin rəhmətindən kəsməmişik, bizləri əfv eylə, Sənə pak halda qovuşanlardan et bizi! Ya Rəzzaq! Hər iki dünyanın bütün gözəl nemətlərini istəyirik Səndən! Ey Rəbbimiz! Bizi kasıba, yoxsula xor baxan, haqqı tapdalayan, öz eyiblərini unudub başqalarının eyiblərini aşkara çıxaran, möminləri alçaldan kəslərdən eyləmə! Ya Nasir! Səni unudub başqalarından kömək istəyənlərdən etmə bizi! Ya Allah! Bizləri valideynlərə yaxşı davranan övladlardan eylə! Dünyasını dəyişən hər kəsin yerini cənnət eylə! Ölkəmizi qoru! Xəstələrmizə şəfa ver! Ailələrmizə saleh övladlar bəxş eylə! Həsrətlə yolunu gözlədiyimiz yaxınlarımıza sağ-salamat qovuşdur bizi! Ya Fəttah! Subaylarımızın evliliklərini asanlaşdır! Xeyir qapılarını aç üzümüzə. Ömrünü sənə ibadətlə, zikrlə və dualarla keçirənlərdən eylə bizləri. Ya Rabbəl A'ləmin! Dualarımızı qəbul et və bizi sevindir! Amin!

Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 762
Oxşar xəbərlər
SON XƏBƏRLƏR