dini radikalizm və ekstremizmlə mübarizə

Tahir Sadıqova vurulan zərbə, Azərbaycanın gəncliyinə vurulan zərbədir !

Tahir Sadıqova vurulan zərbə, Azərbaycanın gəncliyinə vurulan zərbədir !
Tahir müəllimə qarşı edilən haqsızlığı o, belə izah edir. Mənim kitabxana sahəsində 31 il qüsursuz işimi və bu sahədə xidmətlərimi nəzərə almayaraq mənim 24 il yaratdığım xitabxanaya savadsız idarəçiliyi bilməyən uzun illər xitabxana sahəsində heç bir səmərəli fəaliyyəti və xidməti olmayan işlədiyi müddətdə nazirliyin fəxri fərmanına belə laiq görülməyən Oruc Quliyev 2018- ci ilin iyun ayından Gənclər kitabxanasına direktor təyin edildi. Onun gənclər kitabxanasında cəmisi 4 ay işləməsinə baxmayaraq bu analoqu olmayan innovasiyadır. Mədəniyyət nazirliyi Oruc Quliyevi TƏRƏQQİ medalı ilə təltif edilməsi üçün onun barəsində sənədlər hazırlayaraq Prezident Administrasiyasına təqdim etdi və o TƏRƏQQİ medalı ilə təltif edildi. O, uzun illər Xətai rayon MKS- ə rəhbərlik etmişdir. Oruc Quliyev işlədiyi müddətdə heç bir səmərəli fəaliyyəti olmamışdır. O mərkəzi kitabxanada dərzixana, rəqs kursu, obiyyekt, ev alqı - satqı ofisi, və.s yaradaraq bu gündə həmin kitabxana adı altında biznes mərkəzinə idarə edir. Həmin mərkəzin fotolarınıda təqdim edirik. 2018-ci ilin iyun ayından Gənclər kitabxanasına təyin edilən Oruc Quliyev uzun illər özünün müavini və kollektivin tanımadığı yaxın qohumunu Xətai rayon MKS- ə direktor təyin etdirib. Lakin, Oruc Quliyev bu gün də həm Xətai MKS kitabxana biznes mərkəzini və gənclər xitabxanasını idarə edir.Təbii ki Oruc Quliyevə bu şəraiti Mədəniyyət nazirliyi yaratmışdır. Oruc Quliyev idarəçiliyi bilməyən Gənclər kitabxanasında tətbiq edilən innovativ proseslərdən anlayışı belə yoxdur. O, mənim keçirdiyim və digər uğurlu naaliyyətlərimi həzm etməyərək kitabxananın saytından hamısını sildirmişdir.Bu gün kitabxananın heç bir beynəlxalq əlaqələrindən əsər əlamət yoxdur. Kitabxananın saytına müraciət edilsə hər şey bəlli olar. O, gəldiyi gündən işçilərə hədə - qorxu gələrək mənim güclü arxam var, kimi istəsəm işdən qovacam deyib, uzun illər işləmiş peşəkar işçilərin işdən getməsinə maksimum çalışır, çünki, yeni işçilərin işə götürülməsi Oruc Quliyevin marağını təmin edir. Peşəkar və təcrübəli işçilər artıq Oruc Quliyevin mədəniyyətsiz və kobud rəftarına dözməyərək işdən çıxırlar.
Çünki Oruc Quliyev haqqında mədəniyyət nazirliyinə şikayət edilməsinə baxmayaraq ona qaşın üstə gözün var deyən olmayıb .Oruc Quliyev bir il müddətinə demək olar ki, Gənclər kitabxanasının kadr potensialını məhv etdi. Belə ki işə götürdüyü 14 nəfərin birinində nə ali, nə orta kitabxana ixtisası yoxdur. Kitabxana sahəsini bilməyən ixtisasca dizayner, gözəllik salonun işçisini bir başa xarici xidmət şöbəsinin müdiri təyin edib.
Məsələ ilə bağlı qarşı tərəfin, yəni Oruc Quliyevin də fikirlərini dinləməyə hazırıq.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR