dini radikalizm və ekstremizmlə mübarizə

FİZULİ MƏMMƏDOV XİDMƏTİ İLƏ SƏDAQƏTİNİ GÖSTƏRİR

FİZULİ MƏMMƏDOV XİDMƏTİ İLƏ SƏDAQƏTİNİ GÖSTƏRİR
Bu gün oxucularıma tam fərqli yazı təqdim edəcəm.
Söz açacağım insan bir çoxlarının tanıdığı, bəzilərinin isə tanımdığı Fizuli Məmmədovdur. Onun haqqında nələri bilir və nələri bilmirik?
Bu gün F. Məmmədovu kimi xeyriyyəçi, kimi mesenanat, kimisi daşıdığı vəzifəsi ilə tanıyır.
Mən isə onu əməlləri ilə tanıdım. İllər öncə sosial şəbəkədə onun haqqında bir yazı ilə qarşılaşdım. Hələ illər öncə gördüyü işlər onu yetərincə tanıtmışdı. Buna baxmayaraq hər zaman olduğu kimi onu çirkaba bulamaq istəyən qüvvələr var idi. Geniş jurnalist araşdırması apardım fərqli yazılarla qarşılaşdım araşdırmam böyük nəticə verdi bir çox özünə jurnalist deyənləri bir məqaləmlə susdurdum. Beləcə ilk tanışlığım beləcə başladı. Amma bu tanışlıq şəxsi deyil sadəcə kağız qələm üzərində oldu. Mən Azərbaycanın belə bir mərd oğlunun olduğunu illər öncə bildim. Bəlkədə o zaman Fizuli müəllim nə mənim məqaləmlə qarşılaşdı nə də varlığımdan xəbəri oldu. Amma mənim üçün bunun əhəmiyyəti yox idi. Mən haqq ədalətin bərpa olmasın istəyirdim və bunada qələmimlə nail olmuşdum. İllər keçdikcə onun gördüyü əhatəli işlər artıq Azərbaycanımızda vüsət aldı. Günü-gündən atdığı hər bir addımda bir yuva isitdi, bir qəlb sevindirdi.
Gözü yaşlı anaların övladına şəfa verilməsi üçün sərvətindən keçdi, yüzlərlə xanımlara həyat yoldaşlarının yaşamasına, minlərlə övladların vaxtsız atasız qalmasının qarşısını aldı. Beləcə öz əməlləri ilə sevildi. Bu o əməldir ki, Allah qatında bəyənilən və örnək olacaq işlərin təməlin qoydu.
O xalqını, millətini, sevən əsl vətənpərvər insandır.
Atdığı hər addımdan gül ətri gəlir, axı insanlara yaşama şansı vermək üçün çalışan işdən yalnız cənnət qoxusu gələr. Bu yaxın günlərdə uzun zaman qan xəstəliyindən əziyyət çəkən Qarabağ Qazisini İstanbula “Acıbadəm” xəstəxanasına aparılmasını təmin etdi və onu ziyarətə getdi.
Bu gün Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Qanköçürmə İnstitutunda “qan xəstəliyindən” uzun müddətdir yatan döyüşçü Fərəc Cəfərovu, daha ətraflı müayinə etmək üçün Azərbaycanlı iş adamı “Rusiya Azərbaycanlıları İttifaqının” yeni prezidenti seçilmiş, çox dəyərli Fizuli Məmmədovun dəstəyi ilə İstanbula “Acıbadəm” xəstəxanasında müalicəsi aparılır.
Allah müqəddəs Ramazan ayında görülən bu savab əməl sahibinin rızqını əlbətdə çoxaldar.
Fərəc qardaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarcasına döyüşən, iki dəfə ağır yaralanmasına baxmayaraq atəşkəsə qədər vətənimizin keşiyində dayanan müharibə veteranı və həqiqi milli qəhrəmanımızdır.
Fizuli Məmmədov iki ay öncə Bakıya gəldiyində Fərəci xəstəxanada ziyarət etmişdi və ona yaxın zamanda dəstək olacağına söz vermişdi. Və köməyini nə Fərəc Cəfərovdan nə də Aqil Əhmədov kimi qazilərdən əsirgəmədi.
Fizuli Məmmədov artıq Orta Asiyanı gəzərək bir çox şəhərlərdə olmuş və diaspora sədrləri ilə danışıqlar apararaq görüləcək işlər haqqında layihələr tərtib etmişlər. Atacaqları hər bir addım da Azərbaycanlıların rifahının yaxşılaşdırılması, eyni zamanda dövlətə dəstəy olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirən Fizuli Məmmədov bir neçə günə artıq Qazaxstan Respublikasının Aktava şəhərində olacağını isə bizim vətənpərvər qardaşımız Ələsgər Həkimov bildirdi.
Məqsəd və məramı isə Aktava şəhərində diaspora sədri ilə görüşmək Azərbaycanların durumları ilə maraqlanmaq, görüləşək işlər haqqında qərarlar verməkdir. O, eyni zamanda 1994- cü ildən 2012-ci ilə kimi diaspora sədr müavini vəzifəsində çalışmış həmyerlimiz Bəxtiyar müəllimi ziyarət edəcəkdir.
Onuda qeyd edək ki, uzun illərdir ki, Bəxtiyar müəllim böyrək çatışmamazlığında əziyyət çəkir. Vəziyyətinin ağır olduğunu ona bildirən Ə.Həkimovla danışar danışmaz Fizuli müəllim Bəxtiyar müəllimlə telefon əlaqəsi saxlamışdır bə F. Məmmədov Bəxtiyar müəllimin tez bir zamanda müalicə olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Əl tutmaq Əli.(ə.s ) qalıb deyilən bir atalar misalını xatırladım. Fizuli Məmmədov da darda olan hər kəsə yardıma üz tutan Azərbaycan övladıdır. Bu xeyir əmməlləri qazanmaqda ona da kömək olan xəstələr haqqında məlumat verən insanlar var . Onlarda bu xeyir və savab işlərə vəsilə olurlar. Beləcə Fizuli müəllim yüzlərlə evsizləri isti yuva ilə təmin edib ev sahibi etdi.
Yaşamağ ümidini itirmiş zabit, qazi, əsgərlərimizin müalicəsi üçün əlindən gələni əsirgəmədi. Belə bir insanla fəxr etməyə dəyməzmi? O, bizim türk oğlumuzdur qürurla demək olar ki, əsl insandır, yardımsevərdir. Ən başlıcası xalqına, millətinə, dövlətinə sədaqətlidir. O, atdığı hər bir addımla dövlət başçısına kömək etmək istəyir. Axı dövlətini, rəhbərini sevən belə əməlləri ilə dövlət başçısına kömək edər. Yoxsa bəzi məmurların daşıdığı vəzifə yalnız özünə və doğmalarına xidmət edir. Fizuli Məmmədov isə atdığı addımla öz sədaqətini bir daha sübut edir. İnsanların xidməti onun sədaqətini bəlli edir. F. Məmmədovda həm millətinə, həm dövlətinə, həm dövlət başçısına sədaqətini xalqına xidməti ilə göstərir.
Almaz İlahə

Oxunub: 897
Oxşar xəbərlər
SON XƏBƏRLƏR