dini radikalizm və ekstremizmlə mübarizə

Dünya dördgünlük dərsə keçir, Bakı isə altıgünlüyə...

Dünya dördgünlük dərsə keçir, Bakı isə altıgünlüyə...
Azərbaycanda orta və ali məktəblərdə dərs həftəsi uzun illərdir ki, 5 günlükdür. Buna baxmayaraq, bir çox məktəbdə bu qayda pozulur və məktəblilər şənbə günü də dərsə gəlməyə məcbur edilir. Səbəb isə dərs yükünün və dərs saatının çoxalması səbəbindən 1-ci növbənin dərsi bitməmiş 2-ci növbənin dərsinin başlaması və bununla da məktəbdə sıxlığın yaranmasıdır.

Bu problemdən çıxış yolu kimi bəzi məktəblər 1-ci növbənin dərs saatını azaldır və proqramdan geri qalmamaq üçün 6-cı gün əlavə dərs salır. Bu, məktəbdə sıxlığı azaltsa da, şagirdlərin həftənin altı günü oxumasına və istirahətinin normal keçməməsinə səbəb olur.


Djb.az xəbər verir ki, mövzu ilə bağlı Axar.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirdlərin sayının çox olması iki növbəli təhsili zəruri edir.


“Bəzi məktəblərdə həftəlik dərs yükü 38-40 saat olur ki, bunu da 5 günə sığdırmaq çətindir. Gündə 7, bəzən 8 dərs olur. Ona görə də bəzi məktəblər həmin dərs yükünü 6 günə bölürlər. Burada qanun pozuntusu yoxdur, məktəbin pedaqoji şurası bununla bağlı qərar qəbul edir. Yəni direktor bunu özbaşına etmir. Problemin birdəfəlik həlli üçün dərs yükü azalmalıdır. Bunun üçün ilk növbədə tədris planı sadələşdirilməlidir. Bizdə dərsliklər qəlizdir, həcmi genişdir, lazımsız informasiya ilə doludur. Ona görə dərs günlərini azaltmaq mümkün olmur”, - ekspert deyib.


Dünya təcrübəsindən danışan ekspert bildirib ki, hətta bəzi ölkələrdə məktəblərin dörgünlük sistemə keçidi prosesi başlayıb. Buna da kitabları maksimum sadə formada tətbiq etmək, proqramı asanlaşdırmaqla nail olublar:


“Məsələn, Kanadada deyirlər ki, uşağa bilik öyrətməkdən əl çəkin. Şagirdə özünütəyinetmə imkanı verin. Tapşırıq verilir, şagird informasiyanı özü axtarıb tapmalıdır. Dərslik isə şagirdin müstəqil düşüncəsini inkişaf etdirmir. Əksinə, onu çərçivəyə salır. İnkişaf etmiş ölkələrin orta məktəblərində bizdən fərqli olaraq, yuxarı siniflərin dərslikləri də şəkillidir. Alimlər təsdiq edib ki, yazılı mətnlə görüntü arasında kəskin fərq var. Görüntü ilə biliyin mənimsənilməsi faizi yazı və oxudan xeyli artıqdır. Bizdə isə şagirdlərə hələ də “bu mətni oxuyun, əzbərləyin” tapşırıqları verilir. Dərslikdə mücərrəd ifadələr olmamalıdır. Sadə şəkildə ifadə edilməsi mümkün olan fikirlər bizim dərsliklərdə ən mürəkkəb cümlələrlə yazılıb. Dərslikləri mütləq şəkildə sadələşdirmək lazımdır”.

Oxunub: 576
Oxşar xəbərlər
SON XƏBƏRLƏR