dini radikalizm və ekstremizmlə mübarizə

ƏLİZAMAN EVİN TƏK ÖVLADI İDİ

ƏLİZAMAN EVİN TƏK ÖVLADI İDİ

Aprel döyüşləri Zəfəri ilə Azərbaycan tarixinə yazıldı. Aprel döyüşlərini qürurla yad etsəkdə yüzlərlə ailənin çırağı söndü, minlərlə ailələrin qəlbinə övlad yarası vuruldu. Onlardan da biri Hürnisə xanım idi. Əlizaman onun yeganə tək övladı idi.Hürnisə xanım Əlizamanla bağlı hansı arzuları qurmuşdu? Onu bir tək özü bilir. Oğlu tək ümidi olan ana tezliklə oğlu gələcəkdi ailə quracaqdı nəvələri olacaqdı Hürnisə anada nənə olacaqdı. Amma amansız düşmən onun arzularını puç etdi. 2016- ci ilin aprel ayı tək ümidi olan balasını Azətbaycanın üç rəngli bayrağına bükülmüş ona gətirdilər. Övladın Vətən yolunda şəhid oldu dedilər. O gün o da dəfn olundu oğlu ilə birgə. Cismi bu dünyada ruhu oğluyla getdi. Artıq 3 cü ildir ki, Hürnisə ana Əlizamansız ömür sürür ona ömür sürmək deyilərsə.
2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olmüş Əlizaman İslamovun Aprelin 6-sı anım günü qeyd olundu. Tədbir Şəhidin dəfn oldunduğu Lənkəran rayon Cil kəndində keçirildi. Tədbirdə Lənkəran rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran şəhərinin ictimai xadimləri, kəndin icra nümayəndəsi Samid Ağayev, kəndin Bələdiyyə sədri və kollektivi, Lənkəran rayon hərbi kamisarı və nümayəndələr, Gil kənd sakinləri, kənd məktəbinin direktoru və müəllim kollektivi, Bakıdan və bir çox rayonlardan şəhid anaları və ataları mərasimdə iştirak edirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin ruhları şad məkanları cənnət olsun Amin İnşəallah.

Almaz İlahə
ƏLİZAMAN EVİN TƏK ÖVLADI İDİ
ƏLİZAMAN EVİN TƏK ÖVLADI İDİ
ƏLİZAMAN EVİN TƏK ÖVLADI İDİ

Oxunub: 596
Oxşar xəbərlər
SON XƏBƏRLƏR