dini radikalizm və ekstremizmlə mübarizə

Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Djb.az-ın ONA-ya istinadən məlumatına gorə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarına gəlincə, aprelin 8-də hava əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.

Oxunub: 615
Oxşar xəbərlər
SON XƏBƏRLƏR