dini radikalizm və ekstremizmlə mübarizə

Gizli Qalan Qarabağ Həqiqətləri Üzə Çıxır – “Son Nəfəsədək”

Gizli Qalan Qarabağ Həqiqətləri Üzə Çıxır – “Son Nəfəsədək”

Yaşanmış olan real tarixi hadisələrə əsaslanan, müharibə mövzusunda çəkilmiş “Son nəfəsədək” filmi artıq tamaşaçılara təqdim edilib. Qarabağ mövzusunda çəkilmiş filmdə vətənpərvərlik, döyüş hissi, qeyrət namus, torpaqlarımızın qorunması məsələsi ön plana çəkilib. Bu film Ermənilərin Azərbaycana qarşı təcavüzünün başladığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edərək, Qarabağ həqiqətlərini tamaşaçılarının diqqətinə çatdırır.
“1989-cu il Sovet İttifaqının ucqar həbsxanalarının birində cəza çəkən Yavər doğma torpağına Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burda hər şey dəyişib, erməni silahlarının dinc azərbaycanlılara divan tutması, sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır…”

Nurəddin Aslanovun müəllifliyi ilə rollarda İlqar Cahangir, Eldar Bağırbəyov, Novruz Cəfərov, Məhərrəm Qurbanov, Rövşən Kərimduxt, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədovun çəkildiyi “Son nəfəsədək” filmini Park Sinema Meroparkda izləyə bilərsiniz.

Qeyd edək ki, film senarist və baş prodüser Nurəddin Aslanovun təşəbbüsü ilə çəkilib.

Oxunub: 943
Oxşar xəbərlər
SON XƏBƏRLƏR