dini radikalizm və ekstremizmlə mübarizə

Niyə görə Son İllərdə Azərbaycanlı gənclər təhsil almaq üçün qardaş ölkə Türkiyə universtetlərinə üz tuturlar?

Niyə görə Son İllərdə Azərbaycanlı gənclər təhsil almaq üçün qardaş ölkə Türkiyə universtetlərinə üz tuturlar?

Bu günki müsahibəmdə son İllərdə Azərbaycanlı gənclərin təhsil almaq üçün qardaş ölkə Türkiyə universitetlərini seçmə
səbəbin öyrənəcəyik.
Bütün suallarımızı “Oğuz Edu” Xaricdə təhsil şirkətinin rəhbəri və xaricdə təhsil üzrə ekspert Vüqar Şahbazov Cavablandıracaqdır.
-Niyə məhz Türkiyə?
Türkiyə Regionun və Avropanın ən güclü təhsil sisteminə mailk olan ölkələrindəndir. Eyni zamanda Türkiyədə təhsil haqqı Azərbaycanda və regionda olan universitetlərdən dəfələrlə aşağıdır. Eləcə yaşam tərzi də Azərbaycanlı tələbələr üçün Çox uygundur. Çox hallarda Azərbaycanlı tələbələr işləyərək bütün xərclərini və ya xərclərinin bir hissəsini özləri qarşılamalı olurlar.
-Vüqar bəy Türkiyə universtetlərinə qəbul şərtləri necədir?
Türkiyə universtetlərinə qəbul əsasən YÖS, SAT və imtahansız attestatladır. Əksər tələbələr İmtahansız yalnız attesttala qəbula müraciət edirlər
-Vüqar bəy bes belə bir qərar çıxmışdı ki, Türkiyə univeerstetləri Azərbaycanlı təlbələri Attestatla deyil yalnız imtahanla qəbul edecek. Bu nə dərəcədə doğrudur?
Türkiyə Universitetlərində qəbul şərtlərini bizim təyin etmə imkanımız yoxdur. Bunu Türkiyə universitetləri özləri təyin edir.Təkcə Azərbaycanlı tələbələri deyil bütn dünya ölkələrindən müraciət eden tələbələri imtahansız qəbul edir. 11 illik təhsili olan hər bir şəxs universtetlərdə təhsil alma hüququna malikdir.
-Bəzən deyirlər ki, attestatla tələbə qəbul edən hər hansı universitetin presteji aşağı olabilər və ya verdiyi təhsil zəif ola bilər. Bu nə dərəcədə doğrudur?
Deyərdim ki, bu tamamilə yalnış fikirdir. Azərbaycan universtetlərdi də bütün xarici tələbələri imtahansız, attetstala qəbul edir. Eləcə də Avropanın ən prestejli universteləri belə imtahansız Attestatla tələbə qəbul edirlər
-Vüqar bəy bir suala da aydınlıq gətirək . Son zamanlar Azərbaycanlı tələbələrin Türkiyədə qiyabi təhsil almalarının da aşhidi oluruq buna münasibətiniz nədir?
Ümumiyyətlə Türkiyədə qiyabi təhsil yoxdur “Açık oğretim” və Uzaktan öğretim var . “Açık öğretim” və “ “Uzaktan eğitim “ proqramlarında Zaçot və smester imtahanları universtetlərdə və ya öncədən müəyyən olunmuş imtahan mərkəzlərində olur. Dərslər isə hər tələbənin özünə məxsus online səhifəsində yüklənir , tələbələr davamlı olaraq dərsləri günlük və ya həftəlik olaraq öyrənirlər. “YÖK” ün də qərarına əsasən bu təhsilin diplomu ilə əyani təhsilin diplomu eyni statusa malikdir
Bu qədər tələbənin bu təhsil sistemində təhsil almağına rəğmən diplomların Təhsil nazirliyi tərəfindən tanınmamsına fikriniz nədir?
Əslində Bu təhsili bitirənlərin diplomları Azərbaycanda bütün yerli və xarici çirkətlərdə tanınır . Elecə də bu təhsil sistemi ilk dəfə avropada yaranaraq və avropada geniş yaylaraq bütün dünyada tanınır. Sadəcə bu təhsil sistemi Azərbaycanda formalaşmadığına görə hələ ki təhsil nazirliyi tərəfindən tanınmır. Bütün inkişaf etmiş ölkələrdə tanındığı üçün bizim ölkədə də tanınacağına ümid edirik.

Fəridə Nizamiqızı

Oxunub: 1 417
Oxşar xəbərlər
SON XƏBƏRLƏR