dini radikalizm və ekstremizmlə mübarizə

SƏNSİZLİYİN ÜÇÜNCÜ GÜNÜ

SƏNSİZLİYİN ÜÇÜNCÜ GÜNÜ
18 iyul 2017
Ömrümə qara rənglə yazılan gün..Gözəl qızım ,səni əbədi itirdiyim gün, görən gözüm, aldıgım nəfəsim,döyünən ürəyimdin mənim... Sənin üçün çox darıxmışam. Bizdən ayrıldıgın üç gündür, amma bu mənə əbədiyyət qədər uzun görünür..qızım, quzum mənim nə olar, heç olmasa yuxuma gəl. Dünən sənin üç məclisini yola saldıq... Sənin nə çox sevənin varmış... Dərdimizə şərik olmaga, səni yad eləməyə o qədər insan gəlmişdi ki hətta zalda oturmaga yer çatmırdı , əlavə stollar açdılar..Dünənki məclis Vəfasevənlər məclisiydi...Özün iki uşaq anası olsan da mənim gözümdə hələ də körpəm idin... Bəzi səbəblərdən səni sevən insanların, sənə dəyər verən, səni Everest sayan insanların hamısı o məclisdə iştirak edə bilməsə də sənə olan sevgilərini həmişəlik ürəklərinə həkk etdilər... Qara torpaq səni məndən aldı, amma könlümdən ala bilmədi... içim qan aglayır, şaqlarının gözü üzümdədir bütün günü.O üzdən aglayıb ürəyimi boşalda bilmirəm, yalnız gecələr öz özümlə baş başa qalanda şəkillərinə baxıram, səni cansız şəkillərdə axtarıram...Hər şəkillə baglı xatirələri anıb doyunca aglayıram..Vəfa, qızım, nədən bu qədər vəfasız çıxdın. Nədən yaşamaq ugrunda mübarizə aparmadın? İçim yanır qızım. Səni sevənləri çox üzdündürlər..hamımızım qəlbindəsən.

Səadət Tağıyeva

Oxunub: 651
Oxşar xəbərlər
SON XƏBƏRLƏR