Djb.az xəbər verir ki, Şamaxıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Şamaxıda qeyd olunub.
Rayonun Dəmirçi kənd meydanda təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd və qəsəbələrdən gələn minlərlə sakin iştirak edib
Tədbir iştirakçıları əvvəlcə şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər .
Rəqqaslar milli musiqinin sədaları altında rəqs edib, gənc pəhləvanlar öz güclərini göstəriblər
Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları , məişət əşyaları, toxuculuq və əkinçilik alətləri və digər sənət nümunələri nümayiş olunub .
O cümlədən bişirilən müxtəlif çeşidli milli xörək növləri gələn qonaqlara təqdim olunub.
Yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən nənələr əl işləri maraqla qarşılanıb.
Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal alovlandırılıb.
Xalqımızın adət-ənənələrini özündə əks etdirən bayram şənliyində konsert proqramı ilə davam etdirilib.