Atası Qəhrəman kişiylə ömrünün son illərində dost olmuşduq. Bir dəfə oğlu, "Azərbaycanın Milli Qəhrəmanı" Bəhruz Mansurovun şəklini gətirmişdi. İstəyirdi ki, şəkili plakat və portret formasında çıxartdırıb, Yardımlı məktəblərinə hədiyyə eləsin. Onu Sumqayıtdakı mətbəələrdən birinə aparıb sifariş verdik. Bəhruzun şəkili ağ-qara olsa da onun rəngli olmasını dizaynerlə birlikdə işlədik. Nə isə, hər dəfə Sumqayıta yolu düşəndə onu ziyarət etməyi özümə borc bilirdim. Axırıncı dəfə onunla görüşəndə xəstə idi. Xərçəngə tutulduğunu ondan gizlətsələr də özü hiss etmişdi. Dedim ki, gəl, səndən bir məqalə yazım. Dedi ki,- "Bilirsən öləcəyəm, ona görə məndən yazmaq istəyirsən?".
Rəhmətlik çox gözəl, mehriban kişi idi...
Bunu yardımlılar yaxşı bilir, o vaxt Xəzər Aslanov rayonumuza rəhbərlik edəndə özünü çox pis aparırdı. Və mənim davamlı iradlarım onun xoşuna gəlmirdi. Hansı vasitə ilə olursa olsun çalışırdı ki, məni zərərsizləşdirsin. Rəhmətlik Qəhrəman kişini də milli qəhrəman atası kimi bu işə qatmaq istəyirdi. Eşitdiyimə görə, rəhmətlik məni müdafiə edərək onun cavabını yaxşı vermişdi...
Nə isə, heç özüm də bilmirəm, bu hadisələr hardan yadıma düşdü. Axı məqsədim Qəhrəman kişinin yadigarı, polkovnik leytinant Bəhram Mansurovu təbrik etməkdir. Əlbəttə ki, Bəhram gözəl qardaşdır, gözəl oğuldur. Qəhrəman kişinin oğlu, milli qəhrəmanın qardaşı başqa cür ola da bilməz...
Əziz qardaşım Bəhram, martın 18-i 47 yaşın tamam olur. Ömrünün gözəl çağlarını yaşayırsan. Sənə möhkəm can sağlığı, firəvan həyat, xoş günlər arzulayıram. Heç vaxt eldən-obadan, xalqın-millətin arasından, ailənin üstündən əskik olmayasan. Fürsətdən istifadə edib qarşıdan gələn Novruz bayramını da təbrik edirəm!
Elman Eldaroğlu
ABŞ, Miçiqan