Bundan sonra ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar açıqlanmalıdır.
ATV.az xəbər verir ki, bu, “İnformasiya əldə etmək haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qanun layihəsi sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Layihəyə əsasən, bu, informasiya sahibləri qarşısında bir vəzifə olaraq qoyulur.