dini radikalizm və ekstremizmlə mübarizə

Antalyada Xocalı şəhidləri anıldı

Antalyada Xocalı şəhidləri anıldı
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımınının 27-ci ildönümü tamam oldu. Soyqırım qurbanlarının əziz xatirəsi dünyanın hər yerində yad edilir. Türkiyənin Antalya vilayətinin Elmalı qəsəbəsində də Xocalı soyqırımının qurbanlarının xatirəsi anıldı.Yığıncağı Akdeniz Universitetinin tələbəsi Həşim Güləmirov açdı.Türkiyə və Azərbaycanın Dövlət Himnləri səsləndi."Xocalının səsiyəm!" layihəsinin rəhbəri xanım Vüsalə Qubadova(Alıcı) 27 il öncə Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən törədilmiş Xocalı soyqırımından danışdı.Vüsalə xanım qeyd etdi ki,Xocalı soyqırımı Azərbaycan xalqı üçün namus məsələsidir. Türkiyənin Kahramanmaraş Universitetinin müəllimi, Prof., Dr.Toğrul İsmayıl, Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Ana harayı" qəzetinin baş redaktoru,"Tərəqqi" medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu, Xocalı şəhərindən məcburi köçkün, məlum soyqırım zamanı erməni terrorçuları tərəfindən əsir götürülmüş doktor Məmməd Nağıyev o dəhşətli gecə haqda məlumat verdilər. Natiqlər qeyd etdilər ki, Ermənistan öz çirkın planlarından əl çəkməsə, bu işğalçı dövlət türk-islam dünyasına qarşı törətdiyi vəhşiliklərin bədəlink ödəyəcək.Daha sonra çıxış edən Elmalı Bələdiyyəsinin sədri Vəkil Ümit Öztekin Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında mədəni və işgüzar əlaqələrin genişlənməsində bələdiyyələrin mühüm rol oynadığını qeyd etdi.
Antalya şəhərində yerləşən Akdeniz Universitetinin tələbələri maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.Xanım Vüsalə Qubadovanın(Alıcı) layihəsi əsasında çəkilmiĺş videoçarx nümayiş edildi.

Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III Kurs tələbəsi.

Antalyada Xocalı şəhidləri anıldı
Antalyada Xocalı şəhidləri anıldı

Oxunub: 848
Oxşar xəbərlər
SON XƏBƏRLƏR