Kimisi bayram edər, kimisi isə yol alıb bir ziyatətə gedər. Gənlərə gəncliyə örnəy olunacaq gənclər tanıdım. Keçən il 2017 ci ilin fevral ayının 2-si Vətənpərvər gənc olaraq fəxri fərmanla təktif etdiyimiz Ravin Həsənovun bir ildə gördüyü işlər gözümüzün önündə oldu.
Mən onu minlərlə gənclərin içindən seçdiyimdə yanılmamışdım bir daha buna əmin oldum.
O gənclər bayramını Şəhidini ziyarət etməklə bir daha hər kəsin gözündə ucaldı.
Bugun Haciqabul rayonu QubaliBaloglan kəndindən olan Nur uzlu Şəhidimiz SARIYEV MAARİF in mubarək ailəsinin ziyarətində oldu Ravin oğlumuz. Şəhidimizin Şəhadətindən artiq 17 il keçir. İllər keçməsinə baxmayaraq o yenədə gəncdir. Şəhidimiz Sarlyev Maarif olümüylə tarix yazmişdi. Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə Sarıyev Maarif özünü qumbaranın üzərinə ataraq 30 dan cox döyüş yoldaşlarının həyatını xilas etmişdi. Bu gün isə bizlərin hər birimizin borcudur ki, Qəhrəman ogullarimizı yaşadaraq gələcəy nəsillərə onlar haqqında əsərlər oçerklər, şerlər yazaraq çatdiraq. Tarix yazanları tarixə salmaq biz yazarların üzərinə böyük məsuliyyət qoyur.
Bugun azad, rahat yaşayiriqsa Qəhrəman Şəhid və Qazilərimizə, bizləri qoruyan Azərbaycan Ordusunun əsgər və zabitlərinə borcluyuq.
Ruhunuz şad olsun Şəhidim.
Bayramları məzarlarında qeyd edən şəhidlərimiz də gənclərimizdir. Bu günkü gənclərdən kim şəhidlər xiyabanın ziyarət etdi? Hansısa möhtəşəm zallarda tədbirlər keçirənlər nədən bu günü həmişə Gənc olan Şəhidlərimizi ziyarətə getmədi. Ravin Həsənov, Xəyal Rəşid Bağırov kimi gənclərlə qürur duyuram.
Almaz İlahə
Oxunub: 1 047