Bu günlərdə Vətənpərvər bəstəkar Sevinc Tofiqqizı ilə həmsöhbət olduq. Söhbətimiz əsnasında atçapar Gülay balamızın bəstəkara zəng etdiyini, mahnılarını, yaradıcılığını izlədiyini ,ona qarşı olan sevgisini və görüşmək istədiyini bildirir.
Gülay telefon bağlantısı ilə deyir:- Sevinc xanım sizin vərənpərvər mahnılarınız çoxdur , odur ki, çox istərdim mən sizinlə vətənəpərvər mahnı oxuyam və sizlə birlikdə bir klipə çəkiləm.
Sevinc xanım balaca Gülayın arzusunu yerinə yetirmək üçün belə bir ideya düşünür, hələlik vətənpərvər mövzusunda onun ən çox sevdiyi "İgidlər yurdusan ey Azərbaycan" mahnısına klip çəkdirib bu balanı sevindirmək qərarını verən bəstəkar Gülayın arzusunu yerinə yetirdiyi üçün çox sevinir. Sevinc Tofiqqızı bildirdi ki, bu Gülayla bağlı ilk və son videosujet deyil , bundan sonra daha dörd böyük layihə üzərində çalışacaqlar. Hələlik açıqlama vermək istəməyən bəstəkarın İlk işinin vətənpərvər mövzuda yazılmış və Aslan Hüseynov ve Leyla Nurun ifasında olan İgidlər yurdusan ey Azərbaycan mahınısına yenidən vidiosujet yığdırmaqdır. Məqsədlərinin bütün dünyaya Azərbaycan və Türk bayrağının səmalarda dalğalanmasını göstərməkdir. Ən böyük arzusu isə tezliklə hələ heç yerdə səsləndirmədiyi Qarabağımıza həsr etdiyi yeni kompazisiyasını tezliklə işğal altında olan torpaqlarımızda Gülayın iştirakı ilə Şuşanın dağlarında, Xocalıda, Xankəndində ,Qarabağda film klip çəkdirməkdir. İndi isə sizə Gülayın arzusu ilə çəkilən vidiosujeti sizə təqdim edirik.
Almaz İlahə
Oxunub: 832