dini radikalizm və ekstremizmlə mübarizə

BİR ÇOX MƏMURLARIN ATDIĞI ADDIM CƏNAB PREZİDENTƏ QARŞI XƏYANƏTDİR

BİR ÇOX MƏMURLARIN ATDIĞI ADDIM CƏNAB PREZİDENTƏ QARŞI XƏYANƏTDİR
PALMALİ şirkətinin rəhbəri Azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədə Mehman Hüseynov haqqında öz fikirlərini bildirib.
-Son günlərdə olduqca çox insan yazır ki, sən niyə bu gənci müdafiə etmirsən, niyə susursan? Mən alnıaçıq, üzüağ bir iş adamıyam. Bu zamana qədər Allahdan başqasından qorxmadım, qorxaraq da bir addım atmadım. O hadisələrdən isə xəbərim belə yox idi. Sizlərin müraciətlərindən sonra videosujetləri izlədim və o, gəncin hazırladıqlarında dövlətə ziyan verəcək heç nə görmədim. Tam əksinə, vəzifə səlahiyyətlərindən istifadə edərək dövlətin malını oğurlayanları, haqsız qazanc ilə villa yüksəldənləri ifşa edib. Aqressivliyini gördüm ki, bu qüsurdur, ancaq günah deyil. Mehman gəncdir, dəliqanlıdır amma onun atdığı addım üçün onu həbs etmək bəzi məmurların günahlarını ört basdır etmək deməkdir.
Azərbaycan Prezidenti daim medianın azad olduğunu və onların dostu olduğunu bildirir. Ancaq bəzi məmurlar bunun tam əksini edirlər. Bu hadisənin böyüməsi cəmiyyətimizə, ölkəmizin imicinə böyük zərbədir. Bu məmurlar niyə öz eyiblərini düzəltmək yerinə güzgünü sındırırlar?! Yox etməyə çalışmaqdansa, bu gəncləri qazanmaq daha yaxşı olmazmı? Cənab prezident özü mətbuatı “köməkçilərim” adlandırıb, məmurların gizlətdiklərini onlardan öyrəndiyini söyləməmişmiydi? Qoy yazılsın, çəkilsin ki, ictimayyət də, Prezident də xəbərdar olsun etdiklərinizdən. Halbuki o villaların yerinə iş yerləri açıb, insanların rifah halının yüksəldilməsinə çalışılsaydılar daha yaxşı olmazdımı? Danışanda hamısı prezidentə, dövlətə sədaqətdən dəm vuranlar, niyə ancaq özlərini düşünürlər? Sədaqətli olan məmurlar bu addımı atmazdılar. Bir dəliqanlını məhkumluğ həyatına sürükləməkdənsə ona dəstəy olardılar.
Mən siyasətçi deyiləm, iş adamıyam. Bir iş adamı olaraq, minlərlə insanı idarə etməyin nə qədər çətin olduğunu bilirəm, bir ölkəni idarə etmək isə bundan dəfələrlə çətindir. O baxımdan bu məsələlərdə prezidentin görən gözü, duyan qulağı olan mediaya belə münasibət əslində prezidentə qarşı atılmış çirkin addımdır. O gənci müdafiə edənlərin də səbrli olmasında fayda var. Çünki sonucda A məmurdan, B məmurdan şikayətçi olsaq da, zərbə dövlətimizin imicinə dəyir. Qorumalı olduğumuz da dövlətimizdir. Minlərlə şəhidin qanı ilə müstəqilliyini əldə etdiyimiz dövlət!
Pis məmuruna görə, dövlətinə küsülməz, düşmənçilik edilməz! İnanıram ki, haqq nazilsə də, üzülməyəcək, o gəncimiz də dövlətinə, millətinə bundan sonra da faydalı xidmətini aqressiyasız olaraq, davam etdirəcəkdir. Mehman kimi gəncləri küsdürmək lazım deyil. Əslində Mehman cənab prezidentə bir çox məmurların dövlətdən oğurlayaraq, mənimsədiyi malı-mülkü göstərərək bilmədiklərini çatdırmağa çalışıb. Bir-birimizə qarşı hörmətlə davranaq. Ata-analarımızı söyməklə, təhqir etməklə, əsla irəliyə doğru addım ata bilmərik.
PS. Nəzərinizə çatdırmaq istəyirəm ki, rayonlarımızdan birinin İcra Hakimiyyətinin başçısı Şəhid anasına qarşı kobudluq edərək belə demişdir." Sənin oğluna mən deməmişdim gedib şəhid olsun. Mənə görə ölməyib ki," bu məlumat yazıldıqdan sonra Mübariz Mənsimov sosial şəbəkədə həmin məmura öz iraqın bildirməklə məmurlara səslənmiş, cənab prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. M.Mənsimov məmurların bu addımını dövlətə və dövlətçiliyə, eynu zamanda cənab prezidentə xəyanət adlandırmışdı. Çünkü cənab prezidentin onlara verdiyi səlahiyyətdən öz mənafelərini güdərək istifadə etmələri Şəhid ailələrinə qarşı diqqətsizlikləri xalqı dövlətdən incik salmalarının bir adı ola bilər. Bu da onu göstərir ki, bir çox məmurlar kreslolarından güc alaraq xalqa xidmət etməkdənsə cənab prezidentin əlehinə işləyirlər. Bunun adı xəyanət deyilsə bəs nədir???

Almaz Əhmədova

Oxunub: 815
Oxşar xəbərlər
SON XƏBƏRLƏR