Fransanın Xarici İşlər Nazirliyinin rəsmisi Azərbaycanda konkret cinayət əməlinə görə həbs edildiyi vurğulanan Mehman Hüseynovla bağlı narahat olduğunu bildirib. XİN sözçüsü “Mehman Hüseynov işi”ni diqqətdə saxladığını da vurğulayıb.
Hesab edirəm ki, fransa hökumətinin nümayəndələri diqqəti öz ölkələrində baş verənlərə yönəltsələr, daha yaxşı olar:
Belə təsəvvür yaranır ki, Fransa xarici işlər naziri ölkəsində baş verənlərdən xəbərsizdir. Yaxud o, hesab edir ki, Fransada baş verən hadisələrlə bağlı Azərbaycanda heç kəsin xəbəri yoxdur.
Fransanın siyasi sistemi bu gün ciddi böhran keçirir. Hakimiyyətin legitimsizliyi ön plana çıxıb. Fransa prezidentinin reytinqi kəskin surətdə aşağı düşüb. Hakimiyyət öz vətəndaşları qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə çətinlik çəkir. Belə bir halda Fransa hökumətinin rəsmisinin başqa ölkənin daxili işlərinə qarışacaq bəyanat verməsinin özü çox əcaibdir.
Fransız rəsmiləri ilk növbədə gözlərindəki rəngli eynəyi çıxarıb öz ölkələrində baş verən hadisələrə baxsalar yaxşı olar. Azərbaycan isə öz problemlərini özü həll edir. Bundan sonra da həll etmək iqtidarındadır.