dini radikalizm və ekstremizmlə mübarizə

Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü — 31 dekabr Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli şəxslər də qeyd edirlər.
Əziz və dəyərli dostlarım!!! Sizləri 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü munasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bütöv bir yumruq olmaq diləyilə ...

Konul Mammadzade

Oxunub: 800
Oxşar xəbərlər
SON XƏBƏRLƏR