Geridə qoymaqda olduğumuz ildə Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş ən əhəmiyyətli hadisəni, 2018-ci il prezident seçkilərini adlandırardım. Seçkilərdə hazırki prezident İlham Əliyev 86%-dən yuxarı nəticə ilə qələbə qazanıb. Bu qələbə əhalinin böyük hissəsinin İlham Əliyevin sosial-iqtisadi və siyasi kursunu dəstəklədiyini göstərir.
Bu sözləri tanınmış qazaxıstanlı politoloq Sultanbek Sultanqaliyev 2018-ci ilin (Azərbaycan üçün) yekunları ilə bağlı Oxu.Az-la söhbətində səsləndirib.
Ekspertin sözlərinə görə, İlham Əliyevin növbəti yeddi il müddətinə prezident seçilməsi hökumətin strateji inkişaf prioritetləri naminə təcili taktiki təsəvvürlər əsasında iqtisadi modernizasiyanı gerçəkləşdirməsinə imkan verəcək. Həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində Qarabağ münaqişəsini dinc yolla həll etmək məqsədilə siyasi manevrlərə daha böyük vaxt ehtiyatı olacaq.
“Biz həmçinin Azərbaycan hakimiyyətinin qarşıda gələn 2020-ci ilə parlament seçkilərində qələbəyə əsaslı olaraq tam əmin olduğunu görürük”,- deyə Sultanbek Sultaqaliyev bildirib.
Beynəlxalq miqyasda Azərbaycanın iştirakı ilə 2018-ci ildə baş vermiş ən iri hadisəyə gəlincə, buna Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanmasını göstərmək olar:
“Region ölkələri bu tarixi sənədin qəbuluna doğru 20 ildən çox irəliləyib. Beş prezidentin imzaladığı Konvensiya bundan sonra onillər ərzində xəzəryanı ölkələr arasında bütün siyasi iqtisadi münasibətləri tənzimləyəcək əsas sənədə çevriləcək. Qazaxıstanın qədim Manqıstau torpağında keçirilən tarixi sammitin tarixi əhəmiyyəti məhz bundan ibarətdir”.
“Etiraf etmək lazımdır ki, sammitdə qəbul olunan sənədləri və daha əvvəl imzalanmış razılaşmaları nəzərə alsaq, dövlət fəaliyyətinin Xəzər dənizi akvatoriyası ilə bağlı bütün vacib aspektləri - ticari-iqtisadi, hərbi, ekoloji, siyasi, terrorla mübarizə - hərtərəfli şəkildə təhlil olunub, hər bir iştirakçı dövlətin milli maraqları nəzərə alınmaqla beynəlxalq hüquq çərçivəsində nizamlanıb. Aktauda keçən Xəzər sammitində uduzan tərəf olmayıb, əksinə xəzəryanı bütün dövlətlər bu toplantıdan qalib ayrılıb.”, - deyə Oxu.Az-ın müsahibi bildirib.
Sultanbek Sultanqaliyevin fikrinə görə, Qazaxıstan torpağında keçirilən sammitin geosiyasi nəticəsi də az önəm kəsb etmir.
Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan liderləri yekdil olaraq, dünyaya danışıq prosesinin necə aparılmalı olduğunu və ümumi konsensus, qarşılıqlı hörmət əsasında güzəştli çözümlərin tapılması yolunu əyani şəkildə nümayiş etdirdi.
“Bəli, əlbəttə ki, müəyyən yarımçılıq məsələlər, xüsusilə Xəzərin cənubunda yeni yataqların işlənilməsi məsələsi qalsa da, Xəzəryanı dövlətlər arasında əsas prinsipial məsələlər həllini tapıb. Bundan sonrası isə ikitərəfli-üçtərəfli danışıqlardan, diplomatiya “incəsənətindən” və kommersiya marağından asılı olacaq. Bu problemlər də həll olunandır. Xəzər dənizinin şimalında Rusiya ilə Qazaxıstan arasındakı əməkdaşlığı buna misal gətirmək olar”, - deyə politoloq bildirib.
2019-cu ilə gəlincə, politoloquna sözlərinə görə, beynəlxalq geosiyasət sferasında yeni il geridə qoymaqda olduğumuz ilk kimi gərgin olacaq.
Rusiya və Qərb arasındakı münaqişə, həmçinin ABŞ və Çin arasında münasibətlərin gərginləşməsi, Avrasiya məkanında hadisələrin inkişafına təsir edəcək.
Qafqazın əsas oyunçusu kimi Azərbaycanın əhəmiyyəti gələcəkdə də, beynəlxalq geosiyasətin əsas oyunçuları – ABŞ, Rusiya, Çin və regional liderlər – Türkiyə və İranın diqqətini çəkməyə davam edəcək, bu isə Azərbaycan rəhbərliyi heç də asan olmayan tapşırıqlar qarşısında qoyur , bu baxımdan gerçəkləşdirilən çoxvektorlu siyasət çərçivəsində maraqlar balansını qoruyub saxlamalı olacaq.
“Qafqazda hazırkı vəziyyəti, “ziddiyyətlər yumağı” kimi qələmə vermək olar, xüsusilə Ermənistanda Paşinyanın hakimiyyətə gəlişindən sonra. Paşinyan Ağ Evin ziddiyyətli siyasətinin ziddiyyətli bələdçisidir, Rusiyanın Qafqaz siyasətinin bütün vektorunu çaşqınlıq içində qoyub. Problemin diplomatik həlli yollarının kasad olduğunu nəzərə alsaq, bu situasiya dünya tarixində nadir bir hadisədir.”, deyə qazaxıstanlı ekspert fikrini tamamlayıb.
Oxunub: 620