Allah hər kəsə bir missiya bəxş edir. Məncə Sultan Özatəşin də üzərinə Azərbaycanın Türkiyədə səsi olmaq düşüb. Bu yolda çoxları yürüdü, hələdə yürüməkdədirlər. Amma təmənnasız gecə-gündüz çalışan, Sultan Özatəş kimi evinin qapısını hər bir Azərbaycanlıya açan birisi ilə hələ qarşılaşmamışdım. O, Türk dünyasına düşən yeganə incidir. İki dövlət arasında qurulmuş qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün hər zaman əlindən gələni əsirgəmədi. Əməlləri ilə bir çoxlarına örnək oldu.Hər bir atdığı addımda dövlətinə, millətinə sədaqətini nümayiş etdirdi. O, bir türk qızıdır. Hər zaman simasında təbəssüm. Ən ağrılı acılı zamanında belə ayaqları üzərində durmağı bacaran türk qızı. Mən onu Həcərə, Nigara, Tomrisə, Sara xatuna bənzədirəm. Azərbaycan sevdalısı, azərbaycan deyərkən ağzında dili titrəyir.
İnsan bu qədərmi türkcülüyə sədaqətli olarmı? Amma o oldu sədaqətini də əməli ilə hər kəsə göstərdi. Evinin qapısı ilə birgə könlünün qapısını Azərbaycandan gələn hər kəsə açdı. Mən onun saf qəlbini bir körpə uşağın saflığına bənzədirəm. Səmimiyyəti ilə qəlbləri fəth etdi.Türk dünyasından olan hər bir sənətkara dəstəy olan bu gülərüz xanım sanki yer üzündəki qadınlara yardım əlini uzatmaqdan zövq alır. Onunla olan söhbətlərim hər zaman söylədiyim qadın həmrəyliyinin üzərində dayanır. Biz onu səsləyərkən "Sultanım" deyə müraciət edirik, onu daha da yaxından tanıdıqca ağlımadn keçən ilk cümlə bu oıdu. O, tək bizim deyil Türk dünyasının Sultanıdır.
Almaz İlahə
Təsisçi