dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD ANALARININ SƏSİ ANKARADA

ŞƏHİD ANALARININ SƏSİ ANKARADA

Bu gün dəyərli bacımız, Azərbaycan mətbuatında və ədəbi mühitdə öz qələmi, öz dəst-xətti ilə tanınmış, şəhid analarının səsi olan Almaz İlahə Əhmədova ilə Ankarada Şəhitlər Dərnəyinə getməyi özümüzə borc bildik. Bizi çox gözəl qarşıladılar. İsti münasibəti ilə sanki illərin tanışı kimi görünən Gülsen xanım gəlişimizdən çox məmnun oldu. Almaz xanımla Gülsen xanım bir-birindən xəbərsiz iki qardaş ölkədə eyni missiyanı yerinə yetirirlər. Bunların tek bir məqsədi var. Şəhidlərin unudulmaması,onların ailelerine diqqət və qayğının əksik olmamasında yaxından kömək etməkdi. Bir sözlə bu iki xanım ruhən bir-birinə çox yaxın olduqlarının şahidi oldum.Hər iki vətənpərvər xanım burdaca yeni-yeni birgə layihələrə imza atdılar, bundan sonra güclərini birləşdirərək iki ölkənin şəhid analarının, şəhid ailələrinin səsi olmağa söz verırək əl-ələ bu yolda gedəcəklərinə söz verdilər."Dərdimiz birdi, dərdi paylaşdıqca ürək boşalır" deyən Almaz İlahə Əhmədova zaman-zaman iki ölkə arasında Şəhid analarının bir-biriylə ünsiyyət qurmasının, bir-birini tanımasının vacibliyini vurğuladı. Mən də bir söz adamı kimi,Turana açılan Könüllər Ədəbi Məclisi rəhbəri olaraq hər zaman onların yanında olacağıma əminəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar. Almaz xanıma və Gülsen xanıma bu yolda uğurlar diləyirəm.

Aybəniz Qafarlı
ŞƏHİD ANALARININ SƏSİ ANKARADA
ŞƏHİD ANALARININ SƏSİ ANKARADA
ŞƏHİD ANALARININ SƏSİ ANKARADA

Oxunub: 1 550
Oxşar xəbərlər
SON XƏBƏRLƏR