dini radikalizm və ekstremizmlə mübarizə

Ön cəbhədə bayram tədbiri keçirildi

Ön cəbhədə bayram tədbiri keçirildi

Azərbaycan Kik-boksinq Federasiyası və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin birgə təşkilatçılığı ilə Respublika Müdafiə Nazirliyinin “N”saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ilinin başlanması ilə əlaqədar tədbir keçirildi. Tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Qadınlar Şurasının sədri, Xocalıdan məcburi köçkün Ayna Allahyarqızı açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi 1 dəq.sükutla yad edildi. Azərbaycan Kik-boksinq Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Adil Əliyev öncə Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar hərbi hissənin şəxsi heyətini təbrik etdi. Qeyd etdi ki, məhz cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyat və Ordu quruculuğu xeyli inkişaf edib.O, 2016-cı ilin aprelində cəbbə xəttində baş vermiş 3 günlük savaş zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin qazandığı uğurlardan danışdı. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi”medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu bayram tədbirinin keçirilməsi üçün zəruri dəstək göstərən Azərbaycan Kik-boksinq Federasiyasının, “Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun, “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin və Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivinə təşəkkür etdi. Dedi ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə, xüsusən, ön cəbhədəki qeyrətli vətən oğullarına dayaq olmaq hamımızın borcumuzdur. “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədova şəxsi heyəti salamladı, bu hərbi hissədə keçirilən tədbirlərdə 3-cü dəfə iştirakından hədsiz məmnunluğunu qeyd etdi. “Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Yusif oğlu Məhərrəmov, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai birliyinin sədri xanım Xatirə Vəliyeva, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İdarə heyətinin üzvü, Xocalı Mərkəzi rayon Xəstəxanasının baş həkimi, “Tərəqqi”medalının mükafatçısı Aqil Məmmədov, Türkiyəli iş adamı Mehmet Akmbıyık, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev, tanınmış gitara ifaçısı Rəhman Məmmədli, Qubadlı rayonundan məcburi köçkün, şəhid övladı Ələkbər Arif oğlu və başqaları şəxsi heyəti əlamətdar günlər münasibətilə təbrik etdilər. Füzuli rayon Dövlət Dram Teatrının əməkdaşları maraqlı səhnəciklə çıxış etdilər.Füzuli rayonundakı “Qarabağ”İnstrumental ansamblının üzvləri maraqlı konsert proqramı ilə “N” saylı hissənin şəxsi heyətini sevindirdilər.Milli Məclisin deputatı Adil Əliyev, Şamil Sabiroğlu, Mahirə Əsədova, Ədalət Məhərrəmov, Mehmet Akbıyık, Dilbər Sultanova gətirdikləri hədiyyələri şəxsi heyətə təqdim etdilər.
Zabit Elşad Əbilov bu tədbirin keçirilməsində zəhməti olan hər bir şəxsə “N” hərbi hissəsinin şəxsi heyəti və yuxarı Komandanlıq adından təşəkkür etdi.
Fotolar: Mahir Hüseynbəyliyə məxsusdur.

Şamilə Şamilqızı
Bahar Quliyeva

Ön cəbhədə bayram tədbiri keçirildi
Ön cəbhədə bayram tədbiri keçirildi
Ön cəbhədə bayram tədbiri keçirildi
Ön cəbhədə bayram tədbiri keçirildi
Ön cəbhədə bayram tədbiri keçirildi
Ön cəbhədə bayram tədbiri keçirildi

Oxunub: 758
Oxşar xəbərlər
SON XƏBƏRLƏR