dini radikalizm və ekstremizmlə mübarizə

Deputat Adil Əliyev şəhid Orxan Həmidov haqda sənədli filmin çəkilişlərinə dəstək göstərəcək

Deputat Adil Əliyev şəhid Orxan Həmidov haqda sənədli filmin çəkilişlərinə dəstək göstərəcək

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyev xeyirxah insandır.Onun seçicilərinə göstərdiyi münasibət digər həmkarları üçün bir nümunədir.Adil müəllim dekabrın 23-də 2016-cı ilin aprel savaşı zamanı şəhid olmuş gizir Orxan İbrahim oğlu Həmidovun ailə üzvlərilə görüşüb. Şəhidin anası Tamella xanım söhbət zamanı oğlunun Vətənimizin ərazi bütövlüyü naminə göstərdiyi xidmətdən danışdı.Qeyd etdi ki, 1980-ci ildə doğulmuş Orxan Həmidov Respublika Müdafiə Nazirliyinin “N”saylı hərbi hissəsində xidmət edib.Əslində arxa cəbhədə xidmət edən Orxan könüllü olaraq ön xəttə yollanıb.Bir çox tapşırıqları yerinə yetirərək şəhid olub.Orxanın 2 övladı yadigar qalıb:Fərid və Vüsal. Şəhid anası Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi doğum günü ilə əlaqədar təbrik edib. Bildirib ki, oğluna “İgidliyə görə”medalının verilməsinə görə cənab İlham Əliyevə və Respublika Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edir.Tamella xanım oğlunun adının əbədiləşdirilməsi, o cümlədən, döyüş yolu haqqında sənədli film çəkilişinə kömək göstərilməsi üçün cənab Adilə Əliyevə müraciət edib. Adil müəllim şəhid Orxan Həmidov haqda sənədli filmin çəkilişlərinə dəstək göstərəcəyini bildirib.
Biz, deputat Adil Əliyevə göstərdiyi bu xeyirxahlığa görə təşəkkür edirik.

Şamil Sabiroğlu,
“İnkişaf” İnternet Televiziyasının baş redaktoru, “fact-info.az” və “xebertv.az” saytlarının xüsusi müxbiri.

Oxunub: 816
Oxşar xəbərlər
SON XƏBƏRLƏR