İlk nübarın, ilk barın çox şirin dadı olur. Ondan sonrakı meyvələrin dadı nə onun şirinliyinin, nə də onun ətrinin yerin vermir. Bu da bir açması olmayan tapmacadır. Bəlkə də açması var amma mən aça bilmirəm. Bir bildiyim var ilk nübarın dadı əvəzolunmazdır, ətri heç bir ətirlərə bənzəməz. Ramin də nə dadı nə ətri ilə unudulmadı anası üçün. Kəmalə xanım oğlu Raminin əşyalarından qoxusun aldı, onun üçün ayrılmış bəy otağını onun silah sursat iyi verən hərbi geyimləri ilə bəzədi.
Kəmalə xanımın oğlu haqqında dediklərindən:
Ramin evin ilk övladı idi, iki qardaş bir bacı sadə bir ailədə böyütdük bizi onları. Ramin uşaqlıqdan yaşıdlarından bir çox xüsusiyyətlərinə görə seçilirdi. Kiçik yaşlarında çox mərd və cəsur olması Ramini həmişə bir çoxundan fərqləndirirdi. Ciddi xarakterinə görə təhsil aldığı məktəbdə, həm şagirdlərin həm də müəəllim kollektivinin hörmətini qazanmışdı.
Atasi Qubad kişi deyir ki, Şəhidlərdə sanki bir birinə bənzəyir Elimdarin şəkillərinə baxanda elə bilirəm Ramindi, bənzərlikləri çoxdu. Həm cəsarətdə, qəhrəmanlığda həm də boy buxunda. Atasi qururla danişirdi Ramindən deyir ki, Ramin dostlarinin xeyal edib gedə bilmədiyi tapşiriqlari qürurla yerinə yetirərmiş.
Kimdir "Əqrəb" ləqəbli kəşfiyyatçı?
Ramin Qubad oğlu İbadlı 20 dekabr 1991 - ci ildə Beylaqan rayonu 2- ci Aşıqlı kəndində anadan olmuşdur. Orta məktəbdə təhsil alarkən bir çox şagirdlərdə Vətənpərvərliyi ilə fərqlənirdi. Elə bu Vətən eşqidə onu hərbidə qalaraq xidmət etməyə səslədi. Əyninə geyindiyi qürur verici XTQ-in geyimini son nəfəsinə kimi daşıdı. Hər kəs onu " Əqrəb" ləqəbi ilə çağırırdı. Xidməti dövründə çevikliyi, igidliyi və cəsurluğu ilə bir çoxlarından fərqlənirdi.
Toyuna 20 gün qalmış 25 avqust 2014 - cü ildə hərbi tapşırığı yerinə yetirərkən abtomobil qəzasında şəhidlik zirvəsinə ucalmışdır.
Beyləqan rayonunda hər kəsin yaddaşında qalan bir iğid var, toyu qeyd olunacaq gün məzarına baş daşı ucalan ŞƏHİD. Bu Ramin İbadlıdır.
Bir çox şəhidlər kimi yarına qovuşmayan, xonçaları bağlı qalan, toy otağı bəzənərək boş qalan, ümidləri puç olan Ramin.
Onun yolunu bu gündə gözləyən doğmaları Ramindən söz düşəndə ondan fərəhlə danışırlar. Axı o az bir zamanda XTQ dən olan əsgər və zabitlərin yaddaşında əbədi qalacaqdır. Kimisi onu cəsur əsgər, kimisi onu tələbkar komandir kimi xatırlayacaq.
Almaz İlahə
Oxunub: 1 281