dini radikalizm və ekstremizmlə mübarizə

Qışın ilk ayının hava proqnozu açıqlandı

Qışın ilk ayının hava proqnozu açıqlandı

Dekabr ayında Azərbaycanda temperatur iqlim normasından aşağı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində normadan aşağı olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi rayonlarda isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-34 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 14-35 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 7-10 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4-6 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 1-3 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (13-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 5-10, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-48 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 14 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-4, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 6-10, bəzi günlərdə 13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 45-106 mm) gözlənilir.

Oxunub: 713
Oxşar xəbərlər
SON XƏBƏRLƏR