dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Ədliyyəsi-100 Biləsuvarda 22 noyabr ədliyyə və məhkəmə orqanlarının peşə bayramı qeyd olunub

“Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin şanlı tarixi məhz Cümhuriyyətin yaranması ilə başlanır. Həmin dövrə nəzər salanda ölkənin ədliyyə və məhkəmə sisteminin yaradılması, bütövlükdə hüquq sisteminin inkişafı üzrə mühüm tədbirlərin keçirildiyinin şahidi oluruq.” Bu fikirlər Biləsuvarda 22 noyabr ədliyyə və məhkəmə orqanlarının peşə bayramı gününə həsr olunmuş geniş tədbirdə vurğulanıb.
22 noyabr-ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan Ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə Biləsuvar rayonunda təntənəli tədbir keçirilib. İştirakçılar tədbir öncəsi müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucalan abidəsini ziyarət edib, önündə gül dəstələri qoyublar. Tədbirdə ədliyyə və məhkəmə orqanlarının əməkdaşları, Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev təbrik çıxışında qeyd etdi ki, Ədliyyə Nazirliyi 100 illik tarixi dövr ərzində zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib. Ölkəmizdə məhkəmə orqanları, bütövlükdə ədliyyə sisteminin Avropa standartlarına və ən humanist demokratik dəyərlərə uyğun fəaliyyət göstərməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti olub.
Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev ətraflı çıxışında bildirdi ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncam ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyənləşdirilib. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər. Bu gün isə Prezident İlham Əliyev ölkədə ədalətin, sabitliyin, insan hüquqlarının qorunmasına, müstəqil dövlətin vətəndaşlarının asayişinin təmin olunmasına xidmət edən bu quruma diqqət və qayğını əsirgəmir.
Mərasimdə çıxış edənlər, ölkə başçısının Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Biləsuvar rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahbazov Xalıq Həsən oğlunun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasını rayonun ədliyyə və məhkəmə sistemində çalışan insanlara diqqət və qayğısının təzahürü kimi dəyərləndiriblər.
Tədbirin sonunda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev Biləsuvar rayon İcra Hakimiyyəti adından Fəxri fərmanla təltif olunub.

Samir Qurbanov

Azərbaycan Ədliyyəsi-100 Biləsuvarda 22 noyabr ədliyyə və məhkəmə orqanlarının peşə bayramı qeyd olunub
Azərbaycan Ədliyyəsi-100 Biləsuvarda 22 noyabr ədliyyə və məhkəmə orqanlarının peşə bayramı qeyd olunub
Azərbaycan Ədliyyəsi-100 Biləsuvarda 22 noyabr ədliyyə və məhkəmə orqanlarının peşə bayramı qeyd olunub
Azərbaycan Ədliyyəsi-100 Biləsuvarda 22 noyabr ədliyyə və məhkəmə orqanlarının peşə bayramı qeyd olunub
Azərbaycan Ədliyyəsi-100 Biləsuvarda 22 noyabr ədliyyə və məhkəmə orqanlarının peşə bayramı qeyd olunub

Oxunub: 1 106
Oxşar xəbərlər
SON XƏBƏRLƏR