Hər zaman bizə ata, qardaş qayğısı ilə yanaşan insan! Hər bir işimizə dəstəy olan amma özü kənardan sadəcə izləməyi sevən, Səhid analarının övladı Seyid Elman.
Ehtiyatda olan zabit, ilk xüsusi təyinatlı kəşfiyatçılardan biri. Hərbçi dostlarının şəhidliyini gözləri ilə görən, yaşından çox tez qocalan el oğlu. Bəli o, bir evin oğlu deyil, Vətənimdə nə qədər şəhid varsa hər birinin övladı olan Seyid.
Gördüyü hər bir işi başqasının adına çıxmağı sevən. Hər kəsi öz dili ilə dindirən. Sahibsizə sahib çıxan. Bir sözlə özü üçün deyil, evi üçün deyil eli üçün yaşayan insan.
Onunla tək mən deyil, tanıyan hər kəs fəxr edir.
Almaz İlahə Əhmədova
Oxunub: 595