dini radikalizm və ekstremizmlə mübarizə

BİZİM RAVİN

BİZİM RAVİN

Bu da bizim Nefçi Ravinimiz. İki qız övladının atası. Valideyinlərinin qüruru... Dost dediyinə dost, qardaş dediyinə qardaş, sirdaş dediyinə sirdaş olan Ravin. Ravin Həsənovu sosial şəbəkədən tanıdım 3 ilə yaxındır ki, onun gənc ürəyindəki Vətən sevgisinin alovunu izlədim.
Əmək haqqısından hər ay rayonlara gedəcəyi mənləği ayıraraq Şəhid ailələrini ziyarət edir. İki az yaşlı övladının boğazından kəsərək bu xidmətini şərəflə yetinə yetirir. Amma yorulmur, şikayət etmir, az yaşı ilə bir çox insanlara örnək olur.
Ravin hər zaman mənə ana deyərək müraciət edir. Dərdləşərkən deyir:- Ana kaş ki, imkanım olardı ürəyimdən o qədər arzular var ki, Şəhid ailələrinə maddi dəstəy olmaq istəyirəm. Çox ucqar kəndlərdə yaşayan imkansız ailələr var. Amma yardım edə biımirəm bu da məni incidir. Ürəyim ağrayır... Belə bir arzularla yaşayır bizim Ravin. Darda olanın, ehtiyacı olanın köməyinə çatmaq istəyir. Biz səninlə fəxr edirik. Hər zaman tədbirlərimizin təşkilində ən çox əziyyət çəkən, ən çox iş tələb olunan Ravinimiz. Allah qəlbinə görə versin.

Almaz İlahə Əhmədova
BİZİM RAVİN
BİZİM RAVİN

Oxunub: 779
Oxşar xəbərlər
SON XƏBƏRLƏR