dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət Başçısına minnətdarıq!

Dövlət Başçısına minnətdarıq!

“Ölkəmizi tanıyaq!” layihəsinin 10-cu turu Gəncə, Göygöl və Şəmkir bölgələrində baş tutdu.Yasamal rayon İcra hakimiyyətininin təşkilatçılığı ilə keçirilən növbəti turun baş tutmasında zəhməti olan hər bir şəxsə, o cümlədən, cənab Başçı Əziz Əzizova təşəkkür edirəm. Mən, 20 Yanvar əlili Vidadi Kərimovun ömür-gün yoldaşıyam. Qeyd etməliyəm ki, Əziz müəllim rayon İcra Hakimiyyətinə Başçı təyin edilən gündən şəhid ailələri, müharibə əlil və veteranları ilə silsilə görüşlər keçirdi. Ömür-gün yoldaşım dünyasını dəyişəndə cənab Başçı işçilərilə birlikdə yas mərasiminə gəldi, dərin hüznlə başsağlığı verdi, maddi və mənəvi dəstək göstərdi.
Heydər Əliyev Fondunun maliyyə dəstəyilə işıq üzü görən “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində övladlarım, Yasamal rayonundakı 38 saylı tam orta məktəbin IX a sinif şagirdləri Zəhra və Əli Kərimlinin da humanitar aksiyaya cəlb olunmaları cənab Başçı Əziz Əzizovun tutduğu ədalətli mövqedən xəbər verir. Mən, bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov və İcra Hakimiyyəti Başçısının müavini xanım Təravət Muradovaya təşəkkür edirəm.
Allah Sizləri qorusun.

Gülnarə Kərimova,
20 Yanvar əlili, mərhum Vidadi Kərimovun ömür-gün yoldaşı.

Dövlət Başçısına minnətdarıq!

Oxunub: 681
Oxşar xəbərlər
SON XƏBƏRLƏR