dini radikalizm və ekstremizmlə mübarizə

Haqqımı halal etmirəm!

Haqqımı halal etmirəm!
17 noyabr-Milli Dirçəliş günüdür. 30 il bundan əvvəl, yəni, 1988-ci il noyabrın 17-də Bakı Dövlət Universitetinin bir qrup tələbəsi, o cümlədən şəhər sakinləri Bakıdakı Azadlıq meydanına(o zaman həmin ərazi Hökumət meydanı adlanırdı) doğru yürüşə başladılar.Az sonra Azərbaycan Milli Azadlıq hərəkatı bütün dünyanın diqqət mərkəzində oldu. Yürüşə qoşulanların sırasında mən də vardım. Biz, bütün məhrumiyyətlərə baxmayaraq Dərnəgül qəsəbəsindən Hökumət meydanınadək yolu piyada gəlir, Azərbaycanın ay-ulduzlu, səkkiz guşəli ulduzunu bayrağını dalğalandırardıq. İçimizdə doğma yurda qarşı qəribə sevgi vardı. İndiki Azadlıq meydanında hamı bir-birinə can deyib, can eşidərdi.
Şəhidlərin qanı, qazilərin və sağ qalan döyüşçülərin canı hesabına 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdi. Mən, 1989-cu ilin sentyabrından 1995-ci ilin sentyabr ayınadək Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd bölgələrdə can qoydum. O zaman biz, heç bir maddi maraq güdmədən, ölümümüzü gözlərimizin önünə gətirib ön cəbhəyə yollanmışdıq.Ancaq, indi...
Mən, Azərbaycan Respublikası iqtisadiyyatının, Silahlı Qüvvələrimizin gücləndiyini görür, qürur duyuram.Mən, Dövlət Başçısı cənab İlham Əliyevin beynəlxalq səviyyədə atdığı addımları görür, qürur duyuram.Ancaq, yerlərdə əksər dövlət məmurlarının tamahkarlığını, vəzifə səlahiyyətindən sui-istifadəsini görür, narahatlıq keçirirəm. 2 gün öncə tutduğu vəzifədən azad edilən Bakı Dövlət Universitetinin rektoru, Akademik Abel Məhərrəmov bu məmurların arasında ən yaxşılarından idi, desəm, yanılmram. Aldığım məlumata görə, hörmətli Akademik A.Məhərrəmov işə qəbul edilənlərin əsasən Qərbi Azərbaycandan olmasına üstünlük verirmiş.
Dəyərli yurddaşlarım, Bakı şəhər sakini, 4 il öncə dələduzluq maddəsilə həbs edilən, az müddət sonra havadarlarının köməyilə azadlığa çıxarılan İsgəndər İslam oğlu Muradov tərəfindən mənə vurulan maddi və mənəvi ziyanla əlaqədar (cəmi:5.000 man.) Respublikanın Baş Prokuroruna, Respublikanın Daxili İşlər Nazirinə, habelə, aidiyyəti orqanların rəhbərliyinə müraciət etdim. Hətta, 5 QHT rəhbəri Dövlət Başçısı cənab İlham Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi.Təəssüf ki, Nərimanov rayon Polis İdarəsində açılmış cinayət işinə 2 dəfə xitam verildi. Mənə, 2013-cü ildə dəyən maddi ziyanın bir qəpiyi də ödənmədi.Yəni, Vətən qarşısındakı xidmətlərim burda da nəzərə alınmadı.
Abel Məhərrəmovu elə-belə xatırlamadım.Deyilənlərə görə, hörmətli alim noyabrın əvvəlində İspaniyada apardığı gizli “müzakirələrdə” BDU-nun barıt çəlləyi olduğunu xatırladıbmış. Bəli, 30 il öncə Bakı Dövlət Universitetinin bir qrup tələbəsi dünyaya gözəl nümunə göstərdi.Ancaq indi, vicdanı olan heç kimsə bu cür küy-kələklə məşğul olmaz, ölkəmizin ərazi bütövlüyünün bərpasına çalışar.
Mən, birmənalı olaraq Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevi müdafiə edirəm.Lakin, təəssüf edirəm ki, onun rəhbərlik etdiyi Komandada tutduğu vəzifənin məsuliyyətini dərk etməyən onlarla yüksək çinli məmur var. Məhz elələrinin ucbatından rəhbərlik etdiyim “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi hələ də Bakı şəhərində daimi ofislə təmin edilməyib. Vətən müharibəsi veteranı, döyüşçü-jurnalist olaraq hələ də hazır yaşayış sahəsilə təmin olunmamışam. Mən haqqımı, eləcə də şəhid və qazilərin haqqını elələrinə halal eləmirəm.Bizim kimilərin hesabına yığdığınız var-dövlət burnunuzdan gəlsin.


Hörmətlə,


Şamil Sabiroğlu,

Oxunub: 639
Oxşar xəbərlər
SON XƏBƏRLƏR