dini radikalizm və ekstremizmlə mübarizə

Məşhur robot İlham Əliyevə təqdim olundu - Foto

Məşhur robot İlham Əliyevə təqdim olundu - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə həmçinin innovativ yeniliklərlə də tanış olub. Prezidenti məşhur robot Sofiya təqdim edilib.

“Sofiya robotu” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya robotu” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

Prezident İlham Əliyev “Sofiya robotu” ilə söhbət edib.

Məşhur robot İlham Əliyevə təqdim olundu - Foto

Oxunub: 773
Oxşar xəbərlər
SON XƏBƏRLƏR