dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan və Türkiyə liderləri STAR zavodunu açacaqlar - İNFROQRAFİKA

Azərbaycan və Türkiyə liderləri STAR zavodunu açacaqlar - İNFROQRAFİKA

“Star” neft emalı zavodunun açılış mərasimi Türkiyənin İzmir bölgəsinin Aliağa rayonunda oktyabrın 19-da keçiriləcək. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

“Star” zavodunu “SOCAR Türkiyə” tikib (Azərbaycan Dövlət Neft Şirkəti olan SOCAR-ın Türkiyədəki törəməsi).

Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezident administrasiyasından verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan hökumətinin, müxtəlif təşkilatların və institutların, enerji şirkətlərinin nümayəndələri açılış mərasiminə qatılacaq.
Azərbaycan və Türkiyə liderləri STAR zavodunu açacaqlar - İNFROQRAFİKA

“Star” neftayırma zavoduna 6 milyard dollar investisiya yatırılıb ki, bu da Türkiyədə özəl sektora qoyulan ən nəhəng kapitaldır.

“Star” - son illər Avropa, Yaxın Şərq və Şimali Afrikada neft sahəsindəki ən nəhəng layihələrdən biridir.

Zavodun açılış mərasiminədək Türkiyə və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək.

Zavodun istehsal gücü illik 10 milyard dollar tondur. Zavod bu gün Türkiyədə istehsal olunan malları idxal edəcək.

“Star” ildə beş milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1,6 milyon ton liqroini, 700 min ton neft koksu, 300 min ton TMQ və 160 min ton kükürd istehsal olunacaq,

Dizel, aviasiya və TMQ yanacaqları yerli bazara çıxarılacaq. Zavoda qoyulan sərmayəsi Türkiyənin büdcə kəsrini bu il 1,6 milyard dollar azaldacaq.

Oxunub: 674
Oxşar xəbərlər
SON XƏBƏRLƏR