dini radikalizm və ekstremizmlə mübarizə

ƏBDÜLMƏCİDİN DEDİKLƏRİ 25 YAŞA 25 GÜLLƏ

ƏBDÜLMƏCİDİN DEDİKLƏRİ 25  YAŞA 25 GÜLLƏ
Atalarımızdan gələn bir misal var." İçim özümü yandırır, çölüm özgəni."
Bir çox xanımlar bu misalda özlərin tapacaqlar məhz mənim kimi.11.10.2018 -ci il səfərdə olduğum gümlərdən biri idi,Şəhid anası Ceyran Axundovadan mənə göndərilən sms övladının xatirə gecəsinin keçiriləcəyini bildirirdi.
Çətinliklə də olsa Ankara şəhərində olduğumu qeyd etdim, çox anlayışla yanaşdı. Amma sosial şəbəkəfə tez-tez rəsmi ilə qarşlaşdığım Əbdülməcid sanki mənə nə isə deyirdi, amma nə demək istədiyini anlaya bilmirdim.
Gecə saatları yatağa uzandım nə qədər yatdığımı xatırlamıram.
Yuxudan aylanda nəfəsim çatmırdı sanki boğulurdum .Yuxunun təsirindən ayıla bilmirdim. Hıçqırtıyla ağladım, Əbdülməcidin səsi qulaqlarımda əks sədaya çevrilmişdi.
Əbdülməcidli dəqiqələr yəqin ki, onu sevənlər üçün maraqlı olar.
Şəhidlər parkına bənzəyən bir parkda əyləşmişdim. Yaşıllıq və gül çiçəklə əhatə olunmuşdu. Addım səsləri məni fikrimdən ayırır, səs getdikcə yaxınlaşır və çoxalır əsgərlərdən ibarət böyük bir dəstə yaxınlaşır.
Mən ayağa qalxaraq qürurla əsgərlərimizə baxıram, bu an əsgərlərin önündə addımlayan Əbdülməcid " Əsgər dur" deyərək əsgərlərə əmr edir.
Əsgərlər ayaq saxlayır Əbdülməcid üzünü mənə çevirərək salam ana deyir.
Mən onun həyatda olmadığın bildiyim üçün ilk anda həyəcanladım o, sanki bunu his edərək mənə yaxınlaşdı.
Sənki bizim ölmədiyimizə inanırsan Almaz ana, onun üçün sənə müracət edirəm bilirəm ki, sözümü anama çatdıracaqsan.
Anama de: Çox ağlamasın, məni oxşayanda balam necə can verdi düşünür, bu fikir onu çox darıxdırır özünə yer tapmır.
De ki, son nəfəsimdə Anamın qucağında idim, ağrım acım olmadı, anam saçlarıma sığal çəkirdi.
Bir də de ki, mən ona komandirə zəng etməməsin tapşırmışdım. Amam dözməyib zəng etmişdi.Baxmayaraq ki, sonra anamla danışmışdım.Mən şəhid olan gündən hey düşünür görəsən Əbdülməcid məndən küsülü qalmadı ki.
De ki, anam mən səndən heç küsərmiyəm?
Birdə de ki, mən onunlayam. İşlərimi bitirən kimi evə gəlirəm, uşaqların yazdığı xatirə dəftərini oxuyuram.
Birdə de ki, mən aprel şəhidlərindən olan əsgərlərin komandiriyəm axı mən ona demişdim sən mənimlə fəxr edəcəksən.
25 yaşa 25 güllə erməni əsgərini qətlə yetirdi bunu unutmasın.
P.S. Əbdülməcidin söylədiklərin qələmə aldım dediklərini kəlmə-kəlmə yazdım. O, :25 YAŞA 25 GÜLLƏ "deməklə nə demək istədiyini isə anlaya bilmədim.

Almaz İlahə

Oxunub: 866
Oxşar xəbərlər
SON XƏBƏRLƏR