Strasburqdan Bakıya dönüş ərəfəsində İstanbulda dostlardan bilgi aldım ki, uzun sürədur axtardığım ensiklopediyaları və kitabları tapıblar. 15-i doğum gününü evdə keçirməyi planlaşdırmışdım. Dərhal bileti dəyişib İstanbulda bir günlüyə qalmalı oldum. Düşündüm ki, biz olsaq da, olmasaq da doğum günü həmişə var, az da olsa xatırlayanlar tapılacaq. Ancaq axtardığın kitabı hər zaman tapmaq olmur...Bir də hökm deyil ki, doğum gününü ancaq yemək masası arxasında və ya təbiət qoynunda keçirəsən. Kitabların içində daha anlamlı qutlama olur. Bu arada dəyər verib təbrik göndərən hər bir insana İstanbuldan sayğmı bildirirəm.