dini radikalizm və ekstremizmlə mübarizə

Aşağı-Təngivan məscidi

Aşağı-Təngivan məscidi
Yerli əhəmiyyətli məscid.Aşağı -Təngivan məscidi Lənkəran rayonunun Şovu ərazi vahihdliyinə daxil olan Aşağı -Təngivan kəndi ərazisində tikilmişdir.Bu məscid son illərdə tikilmiş məscidlərdəndir.Belə ki,müstəqilliyimizin ilk illərində,yəni 1994-cü ilin fevral ayında tikintisinə başlanmış və 1995-ci ilin may ayının 6-da bitmişdir.Əvvəllər kənddə məscid olmamışdır və kənd sakinləri qonşu kəndlərdəki məscidlərə üz tutmağa məcbur olmuşlar.Elə bu səbəbədən də bu problemi həll etmək üçün kənd sakini və xeyriyyəçi Əliyev Heybət Qasım oğlu öz şəxsi vəsaiti hesabına Aşağı-Təngivan kəndi ərazisində bu günkü məscidi tikmişdir.Bu məscidin tikilməsinə digər həm maddi,həm də mənəvi dəstək verən şəxslər Əliyev Vəligüllah,Əliyev hacı Bilal,Məmmədov Namiq.Əliyev Bəhram,Səfərov Ənvər,Əmirov hacı Fərrux və başqaları.Bu məscidin tikilməsində kənd ustaları olan Əliyev Hacı Şamil,Əliyev talıb,Əliyev Rəhman,Əliyev Nazim və başqaları işləmişlər.Məscidin ilk mollası Məşhədi Hüseyn Teymurov olmuşdur.Ondan sonra Məşhədi İltifat Əliyev olmuşdur.Aşağı-Təngivan məscidi 2002-ci ildə Dövlət qeydiyyatına alınmış və məscidə şəhadətnamə verilmişdir.2012-ci ildə kənd sakinlərin dəstəyi ilə məscidin dam örtüyü dəyişdirilmiş və 2015-ci ildə isə məscid həyətində quyu qazılmışdır.Məscidin müdiri Əliyev məşhədi Qadir,muavini isə Əliyev Məş.hədi Telman olmuşdur.Aşağı-Təngivan məscidi qırmızı bişmiş kərpiclərdən tikilmişdir.Məscidin ön tərəfində iki pəncərə var ki,bu toplum pənrələrin ölçüləri 2,5X2 sm dir.Bundan əlavə məscidin hər iki tərəfində(sağ və sol) hərəsində iki ,toplam dörd pəncərə var və ümumilikdə məscidin altı pəncərəsi var.Bu pəncərələrin ölçüləri və quruluşları eynidir.Pəncərələrin üst hissəsi yarımdairəvi şərq memarlığı üslubundadır.Məscidin ön hissəsindəki iki pəncərələrin arasında əvvəllər bir giriş qapısı olmuş ,lakin sonradan kərpiclə hörülüb bağlanmışdır.Aşağı-Təngivan məscidinin sağ və sol tərəflərində iki giriş qapıları var.Hər iki hiriş qapısı haftoni məscidində olduğu kimi ətrafı qırmızı kərpiclə hörülmüşdür.Həmən giriş qapılarının üst dam örtüyü dəmir materialındandır.Məscidin öz içərisinə daxil olmaq üçün qapılar isə ağacmateriallarındandır.Məscidin iki pilləkəni var və bu pilləkənlər daş materiallarındandır.Pilləkənlərə giriş hissənin həm sağında,həm də solunda ağac materiallarından düzəldilmiş ayaqqabı rəfləri vardır ki.məscidə gələn möminlər öz ayaqqabılarını məhz burada qoyurlar.Məscid özü dörd daş üzərində(mişar daşı) tikilmiş və dörd daşdanm sonra isə qırmızı kərpiclə hörülmüşdür.Məscidin mişar daşı ilə hörülən aşağıdakı beş daş divar dirək hissəsində 1,1 sm enilikdə iki havalandırma dəlikləri vardır.Məscidin giriş hissəsinin kərpiclə hörülmüş hissəsində ,sağ giriş qapısından sola,sol giriş qapısından hisə sağa qapı var və əks tərəflərə isə açıq pəncərə yerləri mövcuddur..Məscidin dam örtüyü şifir materiallarındandır və dam örtüyünün altındakı dirək taxtaları isə meşə materiallarından hörülmüşdür.Məscidin damı ilə məscid divarıl arasındakı birləşmə və bağlama hissəsində sivar hissəsi üç boyutlu və yuxarıdan aşağıya doğru pilləkən şəkilli damaltı örtük vardır.Bundan əlavə məscid pəncərələrinin ətrafları xüsusi şərq memarlıq üslübündakı naxışlarla hörülmüşdür.Məscidin hər iki giriş qapısından girdikdə məscidi qızdırmaq üçün odun peçi qoyulmuşdur.

Aqşin Mistanlı
Tədqiqatçı-tarixçi

Oxşar xəbərlər
SON XƏBƏRLƏR