Misli Premyer Liqasının XXIV turuna bu gün iki matçla start veriləcək.
İlk olaraq "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gələcək.
Qarşılaşma Bakıdakı "Liv Bona Dea Arena"da, saat 18:30-da start götürəcək.
Naxçıvan təmsilçisi 33 xalla 5-ci, Yevlax klubu 8 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Şamaxı" səfərdə "Sumqayıt"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:30-da başlayacaq.
Meydan sahibləri 32 xalla 6-cı, qonaqlar 27 xalla 8-ci sıradadır.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
13 mart
18:30. "Araz-Naxçıvan" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Elvin Bayramov.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Liv Bona Dea Arena"
20:30. "Sumqayıt" – "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.
Oxunub: 0