dini radikalizm və ekstremizmlə mübarizə

DAİM QƏLBLƏRDƏ YAŞAYACAQSAN NİGARIM

DAİM QƏLBLƏRDƏ YAŞAYACAQSAN NİGARIM
Nigar İsmayılqızı....onunla ilk tanışlığım 2016-cı ilin iyul ayında mənim iş otağımda bir tədbirin keçirilməsi ilə bağlı oldu. O da məni tanımırdı. Söhbət zamanı oğlumun şəhid olmasından xəbər tutdu və mənə çox üzüldüyünü bildirdi. Mənim film çəkdirmək fikrimi biləndə bu işi onun öhdəsinə buraxmağımı istədi və çox qısa bir zamanda 15 oktyabrda Əbdülməcidin doğum günündə filmi təqdim etdi. Təqdimatdan bir neçə gün öncə ağır yol qəzası keçirdi. Nə qədər çətin olsa da filmi özü təqdim edəcəyini söylədi və çətinliklə də olsa sağlamlığında peoblemlər olsa da təqdimatı yüksək səviyyədə kertdi. İkinci təqdimatı isə Bakıda 6 nömrəli tam orta məktəbdə keçirtdi - yüksək səviyyədə. Daha sonra Əbdülməcidlə bağlı kitab üzərində işlədi. Uzun müddət Türkiyədə, Azərbaycanda görkəmli sənət adamlarından müsahibələr topladı. Elə bir kitab ərsəyə gətirdi ki, hər bir məktəblinin, gəncin stolüstü kitabı ola biləcək səviyyədə. .."SAVAŞÇI... Aprelin izi ilə.."
2016-2017-ci illərdə- 1 il müddətində 2 böyük əsər üzərində durmadan böyük əziyyətlə çalışdı. Hər iki əsərin həm Azərbaycanda, həm də Türkiyənin bir neçə şəhərində təqdimatlarını keçirtdi, Azərbaycanın tarixini, Qarabağımızı, Azərbaycanın bütövlüyü uğrunda şəhid olan oğullarımızı təbliğ etdi, yaşatdı. Hələ onun o qədər görəcək işləri var idi ki...
Son görüşümüzdə (xəstəliyə qədər) Nazim Hikmət haqqında kitab üzərində işlədiyini söyləmişdi...yarımçıq qalan əsəri...tamamlanmamış qaldı. Əcəl aman vermədi. Çox erkən bizi tərk etdi Nigarımız. Daim qəlblərdə yaşayacaqsan Nigarım....

Ceyran Axundova

DAİM QƏLBLƏRDƏ YAŞAYACAQSAN NİGARIM

Oxşar xəbərlər
SON XƏBƏRLƏR