Ermənistan Milli Məclisinin vitse-spikeri, AŞPA-dakı erməni nümayəndə heyətinin başçısı Arpine Ovannisyan “Facebook” hesabında yazıb ki, AŞPA-nın yeni qətnamə layihəsində Qarabağın Azərbaycana məxsus olması hissəsi götürülüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat Ermənistan mətbuatında yerləşdirilib.
Azərbaycan Milli Məclisinin deputatı, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova saytımıza açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığını deyib.
Onun sözlərinə görə, indiyə qədər AŞPA-nın bütün qətnamələrində Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi göstərilir.
“Bu cür bəyanatla çıxış edən Ovannisyan hansı qətnamədən söhbət getdiyini göstərməlidir. Onun fikirləri əsassızdır”, - azərbaycanlı parlamentari qeyd edib.
Oxunub: 642